EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - BakuBuild 2019: 25 illik uğur!
Media мərkəz » Xəbərlər

BakuBuild 2019: 25 illik uğur!
22.10.2019

22 oktyabr tarixində 25-ci Azərbaycan Beynəlxalq İnşaatBakuBuild 2019” sərgisiXəzər İnşaat Həftəsinə start verməklə, öz qapılarını ziyarətçilərin üzünə aç.

Xəzər İnşaat Həftəsi” çərçivəsində “BakuBuild” sərgisi ilə birlikdə 12-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku”, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian” sərgisi və Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi təşkil olunub. Dörd gün ərzində ziyarətçilər dünyanın 23 ölkəsindən olan 280 şirkətin yeni məhsulları ilə tanış ola biləcəklər. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

Bu il “BakuBuild” sərgisi üçün əlamətdar ildir. Belə ki, regionun əsas inşaat sərgisi öz mötəbər yubileyini – uğurlu fəaliyyətinin 25 illiyini qeyd edir. “Xəzər İnşaat Həftəsi”nin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, 1995-ci ildə təsis edilmiş sərgi 25 il ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən təxminən 5000 şirkəti bir araya gətirib. Sərgi ildən-ilə öz potensialını artırır, inkişaf edir və genişlənir. Bu il “BakuBuild 2019” sərgisi dünyanın 23 ölkəsini təmsil edən 280 şirkəti bir araya gətirib. Xarici stendlərin iştirakı onların yerli bazara olan marağını, Azərbaycan iqtisadiyyatına töhfə vermək niyyətini göstərir. “BakuBuild” sərgisi həmişə keyfiyyət və kəmiyyət effekti ilə səciyyələnib. Yerli brendlə çıxış edən Azərbaycan şirkətlərinin geniş tərkibdə iştirakı da sevindirici haldır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov təşkilatçıları və sərginin qonaqlarını yubiley münasibəti ilə təbrik edib, yerli şirkətlərin iştirakının kütləviliyini və xarici iştirakçıların inşaat sektoruna olan marağının artmasını vurğulayıb. Bu sərgi “B2B” formatlı əlaqələrin yaradılması baxımından faydalıdır və əməkdaşlığın qurulması üçün effektli platformadır. Agentliyin stendi də bunu əyani şəkildə göstərir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov tədbirin əhəmiyyətini qeyd edərək dedi: “İnşaat sektorunun investisiya cəlbediciliyinin artması urbanizasiya prosesinin sürətli inkişafını şərtləndirməklə yanaşı şəhərsalma üzrə norma və standartlara ciddi əməl edilməsi, ərazilərdən kompleks istifadə və tikinti-memarlıq layihələrinin icrasında innovativ həllərə yer verilməsi vasitəsilə davamlı inkişafa nail olmaq istiqamətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında mühüm vəzifələr qoyur və bu sahədə kompleks tədbirlər həyata keçirilməkdədir. Sevindirici haldır ki, şəhərsalma və memarlıq sahəsinə birbaşa bağlı olan “BakuBuild” sərgisi dövlət və özəl sektor nümayəndələrini bir araya toplamaqla gələcək əməkdaşlıq əlaqələrinin əsasının qoyulmasına xidmət edir və eyni zamanda, bu sahədə müasir yanaşmaların və mütərəqqi texnologiyaların geniş auditoriyaya təqdim edilməsi üçün münbit şərait yaradır.“BakuBuild” sərgisinin xidmətlərini layiqincə qiymətləndirməmək olmaz”.

“Caspian Event Organisers” şirkətinin regional direktoru cənab Edvard Stroon göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə, Mənzil İnşaatı Dövlət Agentliyinə və Azərbaycan Memarlar İttifaqına minnətdarlıq edib. Cənab E. Stroon bu illər ərzində sərginin inkişafına layiqli dəstək vermiş təşkilatçıların tərəfdaşlarına - Almaniya, Polşa, İtaliya, Rusiya, Türkiyə və Dubay komandalarına da xüsusi təşəkkürünü bildirib. Sonda isə məruzəçi sərgilərin bütün iştirakçılarına uğurlu iş və yeni işgüzar əlaqələr arzulayıb.

 

Ötən il ilə müqayisədə, bu il “BakuBuild” sərgisi 10% artıb. İştirakçıların coğrafiyası Avropa, Asiya, Amerika və MDB ölkələrini əhatə edir. Sərgidə Almaniya, BƏƏ, İran və ilk dəfə olaraq Türkiyənin milli qrupları iştirak edir. Tədbirdə Rusiya Federasiyasını 11 regional qrup təmsil edir: Vladimir, Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk və Tümen vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya və Şimali Osetiya - Alaniya respublikaları. Yerli şirkətlər sərgi iştirakçılarının 40%-ni təşkil edir, yeni şirkətlərin sayı isə 50%-i keçib. Sərginin qeydiyyat sponsoru qismində tədbirin daimi iştirakçısı - “NB Group” şirkəti çıxış edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə BakuBuild sərgisində öz stendi ilə iştirak edir. KOBİA-nın stendində İnşaat sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini və məhsullarını təqdim edir.

Sərgidə inşaat materialları, dam örtükləri və izolyasiya, interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, inşaat avadanlıqları və texnologiyaları, yayma metal, işıq və elektrotexniki məhsullar və s. təqdim olunur.

Bu il təşkilatçılar xüsusi olaraq sərgi üçün işgüzar proqram hazırlayıblar. Sərgi çərçivəsində bir sıra seminarlar baş tutacaq: “Kottec və aşağı mərtəbəli tikinti üçün müasir izolyasiya sistemləri TechnoNICOL”; “Etibarlı yeraltı su izolyasiyası üçün müasir həllər: nəzəriyyə və təcrübə” və s.

Sərginin ən dolğun günlərindən biri 23 oktyabr tarixinə təsadüf edəcək. Belə ki, həmin gün xarici və yerli istehsalçı və distribyutorların iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək. Bu il təşkilatçılar planlaşdırılmış görüşlərin sayına görə əsil rekorda imza atıblar. Ümumilikdə, “B2B” formatlı görüşlərdə əməkdaşlıq perspektivlərini üzbəüz müzakirə etmək üçün 150 şirkət iştirak edəcək.

“BakuBuild” sərgisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir. Həmçinin “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo”, “Securex Caspian” sərgiləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar