EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Müasir və etibarlı nərdivanlar
Media мərkəz » Xəbərlər

Müasir və etibarlı nərdivanlar
23.10.2019

Xəbərlər

Hakim Həsənov, “Sarayli” şirkətinin xarici ticarət bölməsi

Bizim şirkət  30 ildir ki, bazarda fəaliyyət göstərir. Şirkətin istehsal zavodu Türkiyənin Konya şəhərində yerləşir. Biz məhsullarımızı dünyanın bir sıra ölkəsinə ixrac edirik. Azərbaycanla köhnə əlaqələrimiz var və sərgidə iştirak sayəsində həmin əlaqələri yeniləmək niyyətindəyik. “BakuBuild” sərgisində debüt edirik. Bizim əsas məhsullarımız metal profildən hazırlanmış nərdivanlar, eləcə də sənaye təyinatlı alüminium nərdivanlar və ütüləmə lövhələrindən ibarətdir. Bütün bu məhsullardan məişətdə, eləcə də peşəkar fəaliyyətdə istifadə etmək olar.

 Biz ilk növbədə istehlakçıların istifadə zamanı təhlükəsiz olmalı olan bizim məhsullara etimad göstərməsinə çalışırıq. Bizim bütün məhsullarımız “ISO:9001”, “CE” və “TSE” normalarına uyğun sertifikatlaşdırılıb. Bu sübut edir ki, bizə etibar etmək olar və məhsullar bütün qlobal standartlara cavab verir. Biz sərgidə müasir nərdivanların bir hissəsini nümayiş etdiririk. Onlardan məişətdə, eləcə də neft-qaz sektorunda, binaların rekonstruksiyasında və inşaatda istifadə etmək olar. Nərdivanlarımız əlavə bərkitmə, ayaqlar, mil və təkərlər sayəsində öz möhkəmliyi və təhlükəsizliyi ilə seçilir. Sərgi hər kəsin istənilən məhsulu əyani şəkildə nəzərdən keçirə bilməsi və hətta sınaya bilməsi üçün rahat və sərfəlidir ki, bu da internet və ya telefon vasitəsi ilə mümkün deyil.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar