EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Analoqu olmayan yeni məhsullar!
Media мərkəz » Xəbərlər

Analoqu olmayan yeni məhsullar!
23.10.2019

Xəbərlər

Dmitri Stepanov, “Lipetsk Vilayətinin ixrac yönlü kiçik və orta sahibkarlığa dəstəyin koordinasiya mərkəzi” Muxtar Qeyri-kommersiya təşkilatının məsləhətçisi

Bu gün biz “BakuBuild 2019” sərgisində regionumuzun kollektiv stendi ilə iştirak edir və “Stroynet”, “Elektroma”, “VSO profil”, “IETC”, “Aviks”, “Dreem wood”, “EVK” və “Lipetskprofil” şirkətlərini təqdim edirik.

Sərgi boyu stendimizdə məhsullar barədə tam məlumat verməyə hazır olan peşəkarlar işləyir. Həmçinin monitorlarda təqdimat rolikləri nümayiş olunur. Məhsulların bir qismi isə ekspozisiyada təqdim edilir.

Bu, bizim Bakıya ilk səfərimizdir və məqsədimiz inşaat sənayesi bazarını öyrənməkdir. Biz özünü bazarda tanıtmağın və ən əsası da keyfiyyətli tərəfdaşlar tapmağın ən yaxşı üsulu olan xarici sərgilərdə tez-tez öz məhsullarımızla iştirak edirik. Nümayiş etdirdiyimiz əsas məhsullardan biri “Stroynet” şirkətinin istilik panelidir. Bu yeni məhsulun analoqu yoxdur. Sözügedən panel istənilən məkanda asılan tavan cihazlarından ibarətdir. Onları tavanı yüksək olan məkanlarda tətbiq etmək xüsusi ilə əlverişlidir. Panel infraqırmızı istilik yayır, məkanın aşağı hissəsi isinir və bu da istiliyin məkanın yuxarı hissəsində toplaşdığı ənənəvi istilik üsullarından fərqlənir. Həmçinin biz dizayn üzrə həll variantları sayəsində işıq və haşiyələri olan müxtəlif formalı panellər təklif edirik.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar