EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

20 - 22 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Videoqalereya

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı
BakuBuild - Azərbaycan şirkətləri üçün maraqlı təkliflər!
Media мərkəz » Xəbərlər

Azərbaycan şirkətləri üçün maraqlı təkliflər!
23.10.2019

Xəbərlər

Qalina Kostareva, “Em-Kabel” zavodunda Baş direktorun birinci müavini

Şirkət Mordoviya Respublikasında yerləşir və tərkibinə təxminən 20 müəssisə daxildir. Bir geniş məhsul spektrinin – energetika təyinatlı kabellər, rabitə kabelləri, müxtəlif tətbiq sahələri malik optik kabellər, alüminium mil və ərintidən hazırlanmış mil, streç (dartma) plyonka, qablaşdırma plyonkası, spiral üçün armatur və xətti spiralların istehsalını həyata keçiririk. Şirkətin öz beynəlxalq təyinatlı sınaq mərkəzi var.

Biz müntəzəm olaraq məhsullarımızın istehlakçıları ilə görüşlər keçirir və bu proses əsnasında onların ehtiyaclarını öyrənir və zamanla ayaqlaşmağa çalışırıq. Sərgidə iştirak etməkdə əsas məqsədimiz məhsullarımızın satış bazarını genişləndirməkdir. Biz neft emalı və hasilatı ilə məşğul olan, partlayış təhlükəsi olan zonalarda və seysmik baxımdan təhlükəli bölgələrdə işləyən Azərbaycan şirkətləri üçün maraqlı təkliflər hazırlamışıq.

Sərgidə iştirak, şübhəsiz şirkətin nüfuzunu artırır. Hazırda çox yüksək rabitə texnologiyalarının mövcud olmasına baxmayaraq, fərdi ünsiyyəti və məhsulun canlı təqdimatını heç nə əvəz edə bilməz. Biz stendimizdə tam məlumatları ehtiva edən kataloqlarla yanaşı, öz məhsullarımızın nümunələrini də qonaqlara nümayiş etdiririk. Bu həmişə qonaqların diqqətini stendə cəlb edir.

Biz Bakıda keçirilən bu sərgidə debüt edirik. Mən sərginin təşkilatçılığını bəyəndim və burada maraqlı məhsulların təklif olunduğu bir çox stend var.

 



2021 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar