EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Biz polipropilen zavoduna investisiya yatıra biləcək potensial investor axtarırıq!
Media мərkəz » Xəbərlər

Biz polipropilen zavoduna investisiya yatıra biləcək potensial investor axtarırıq!
23.10.2019

Xəbərlər

Lau Gah Seng, “GSL Materials Recycling” şirkətinin İdarəedici direktoru

“GSL Materials Recycling Sdn Bhd” şəhər şəraitində tullantıların regenerasiyası və metalın təkrar emalı sahəsində ixtisaslaşmış ticarət şirkətidir. Bu gün “GSL” həm yerli səviyyədə, həm də beynəlxalq miqyasda təkrar emalla məşğul olan şirkətə çevrilib.

Biz bu gözəl sərgidə neft-qaz sənayesinin, xüsusən də neft-kimya zavodlarının istismardan çıxarılması, demontajı və dağıdılması üzrə xidmətlər təklif edirik. Şirkətin bu sərgidə təklif etdiyi unikal xüsusiyyəti potensial alıcı axtardığımız Polipropilen zavodudur (PP).

PP zavodunun istehsal gücü ildə 80.000 ton təşkil edilir və bu rəqəm 130.000 T/ilə qədər artırıla bilər. Zavodun tərkibinə “Kobelco” Ekstruder maşını və “W.R.Grace” (“Unipol”) şirkəti tərəfindən lisenziyalaşdırılmış “Hyundai” reaktoru daxildir. Polipropilen zavodunun aktivləri standartlara uyğun sökülür və konteynerlərə qablaşdırılır. Bundan başqa, reaktor və kompressor kimi əsas avadanlıqlar azot altında saxlanılır.

Şirkət diqqətini əsasən Polipropilen zavodunun satışına yönəldib və buna görə də, biz potensial alıcıları bu gəlirli zavodu almağa dəvət edirik.

Ümidvarıq ki, “BAKUBUILD EXPO” sərgisində ən gəlirli neft-kimya zavodlarından birinə investisiya yatırmaq istəyən potensial və ciddi investorla görüşə bilərik.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar