EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “Penza” şirkəti Rusiyada mebel istehsalı sahəsində liderlərdən biridir!
Media мərkəz » Xəbərlər

“Penza” şirkəti Rusiyada mebel istehsalı sahəsində liderlərdən biridir!
22.10.2019

Xəbərlər

Vladimir Podobed, “Penza Ekspo” şirkətinin Baş direktoru

- “Penza Ekspo” şirkəti Penza vilayətinin İxraca Dəstək Mərkəzinin sifarişi əsasında işləyir və şirkətin əsas tapşırığı bu sektoru təmsil edən şirkətlərin bu sərgidə iştirakın təşkil etmək olub.

Bu il Dəstək Mərkəzi dörd şirkətin məhsullarını təqdim edir. Bu şirkətlərin ikisi mebel istehsalı sahəsində ixtisaslaşıb. Bu, “ekonom” və “premium” seqmentləri üçün yumşaq mebel istehsalçısı olan “Sirius” və yumşaq və korpus mebel istehsal edən, eləcə də ev və ofis üçün funksional, erqonomik və komfort mebel istehsalı sahəsində ixtisaslaşmış “Mebel Povoljya” şirkətləridir. Qeyd etmək lazımdır ki, Penza vilayəti Rusiya Federasiyasında mebel istehsalı sahəsində aparıcı yerlərdən birini tutur.

Bundan başqa, stendimizdə otaqlararası qapı istehsal edən iki şirkət təmsil olunub. “Leskom” şirkəti PVC (Ekoşpon) örtüklü yüksək keyfiyyətli otaqlararası qapı istehsalçısıdır. Və otaqlararası, giriş və yanğına davamlı qapılar istehsal edən və taxta-şalbanın hazırlanmasından tutmuş mebelin yığılmasına qədər kompleks istehsal tsiklinə malik olan “Dera” şirkəti.

Biz bu sərginin işində dördüncü dəfə iştirak edirik və qeyd etməliyik ki, burada inşaat məhsullarının, mühəndis kommunikasiyalarının və bir sıra digər məhsulların ən müxtəlif spektri təmsil olunub. Ziyarətçiləri sərgiyə dəvət edirəm. Əminəm ki, onlar lazım olan istənilən məhsulu mütləq burada tapacaqlar. Bizə gəldikdə isə biz ötən illər ərzində artıq yerli bazarda layiqli tərəfdaşlar tapmışıq və bu siyahını uzatmağa ümid edirik.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar