![]() |
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ![]() ![]() |
21 oktyabr 2019-cu il tarixində, saat 11:00-da “Hyatt Regency” mehmanxanasında Yubiley “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında cənab Edvard Stron - “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru, cənab Rəşad Qədimov - layihə rəhbəri iştirak ediblər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 19 KİV nümayəndələri iştirak etmişdi, onların arasında: APA Group, Interfax, Azertag, SalamNews, Real TV, Lider TV və s.