EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “BakuBuild” sərgisi çərçivəsində quşlar üçün yuva və yemləmə evcikləri quraşdırılması həyata keçirilib
Media мərkəz » Xəbərlər

“BakuBuild” sərgisi çərçivəsində quşlar üçün yuva və yemləmə evcikləri quraşdırılması həyata keçirilib
05.10.2019

Xəbərlər

5 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisi çərçivəsində quşlar üçün yuva və yemləmə evcikləri quraşdırılması həyata keçirilib.

Yuva və yem qablarının quraşdırılmasında sərginin iştirakçı və təşkilatçıları, habelə dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Yuva və yemləmə evcikləri yubiley tədbir münasibəti ilə xüsusi olaraq “ABAD” layihəsinin iştirakçıları tərəfindən təşkilatçıların sifarişi əsasında hazırlanıb. Sərginin daimi iştirakçısı və sponsoru olan “NB Group” şirkəti yuva və yemləmə evciklərinin hazırlanması üçün peşəkar boyalar təqdim edib.

1995-ci ildə təsis edilmiş bu sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 35-dən artıq ölkəsini təmsil edən 5000-dən çox şirkəti bir araya gətirib. Bu müddət ərzində sərgi bütün Xəzəryanı regionun inşaat bazarı üçün etibarlı işgüzar platforma kimi özünü sübut edib. Sərgidə işgüzar əlaqələr qurulur, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar nümayiş etdirilir. “BakuBuild” sərgisi fəaliyyət göstərdiyi illər ərzində ölkə bazarında yeni texnologiyaların tətbiqinə və yerli istehsalı inkişaf etdirən və təkmilləşdirən investisiyaların cəlb olunmasına şərait yaradıb. Bir çox şirkət uzun illərdir ki, sərgidə iştirak edərək öz tarixini sərginin tarixi ilə bölüşür.

Bu il Nəbatat Bağında aparılan və sərginin daimi iştirakçıları və təşkilatçıları üçün özünəməxsus xoş ənənəyə çevrilmiş abadlıq işləri bağın yubileyinə - onun salınmasının 85-ci ildönümünə təsadüf edib. İlk dəfə quşlar üçün yuvalar 2009-cu ildə qurulub və həmin gündən etibarən nadir quşların məskəninə çevrilib. Öz yubileyini yeni loqotip ilə qarşılayan “BakuBuild” sərgisi köhnə tərəfdaş və dostlarını quşların sayının və növ tərkibinin artırılmasına və saxlanmasına yönəldilmiş ekoloji tədbirdə hələ sərginin başlamasından əvvəl yenidən bir arada toplayıb. Yeni quşlar üçün yuva və yemləmə evcikləri sayəsində uşaqlar öz valideynləri ilə birlikdə quşların həyatını izləyə və təbiətə daha ehtiyatla yanaşmağı öyrənə bilərlər. Yubiley proqramı çərçivəsində 30 yeni yuva və 10 yemləmə evcikləri quraşdırılıb.

Sərgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir.

Yubiley BakuBuild 2019 sərgisi 22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar