EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Azərbaycanda ilk Alıcı Missiyası təşkil olunacaq
Media мərkəz » Xəbərlər

Azərbaycanda ilk Alıcı Missiyası təşkil olunacaq
11.09.2019

Xəbərlər

Сaspian Еvent Оrganisers” (СEO) şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə  25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq.

22-25 oktyabr tarixində Bakı şəhərində keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyanın təşkili sərgidə nümayiş olunan məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev  məlumat verib. Bildirilib ki, “Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm- dəstək tədbirindən biridir.  Sözügedən mexanizm “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, gələcəkdə təşkil olunacaq digər sərgilərdə də  bu mexanizmin tətbiq olunacağı nəzərdə tutulub.

“Сaspian Еvent Оrganisers” şirkətinin Baş direktoru Fərid Məmmədovun sözlərinə görə, AZPROMO və “CEO” şirkəti arasında mövcud əməkdaşlıq əlaqələri  alıcı missiyasının təşkili ilə yeni mərhələyə qədəm qoyur. Azərbaycan məhsullarının ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədi ilə reallaşdırılacaq  bu dəstək tədbiri yerli və xarici iş adamları arasında  işgüzar dialoqun qurulması və qeyri-neft  məhsullarının ixracının təşviqi istiqamətində mühüm rol oynayacaq.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar