EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “Xəzər İnşaat Həftəsi”: şəhərsalma və memarlıq sahəsində inkişafın parlaq nümayişi
Media мərkəz » Xəbərlər

“Xəzər İnşaat Həftəsi”: şəhərsalma və memarlıq sahəsində inkişafın parlaq nümayişi
26.10.2018

Xəbərlər

26 oktyabr tarixində Bakı Ekspo Mərkəzində inşaat və memarlıq, layihələndirmə və təmir sahəsində regionun ən mühüm tədbirinə çevrilmiş “Xəzər İnşaat Həftəsi” öz işini başa çatdırdı. 

Builki forum 24-cü Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan”, 11-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu “Aquatherm Baku”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” və 11-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika Caspian” sərgilərini ehtiva edirdi. 

Dünyanın 22 ölkəsini təmsil edən 300-dən artıq şirkətin öz ekspozisiyası ilə çıxış etdiyi “Xəzər İnşaat Həftəsi”nin iştirakçıları tədbirin beynəlxalq səviyyədə aktuallıq və əhəmiyyətini bir daha ön plana çəkdi. Tədbirin iştirakçıları arasında Azərbaycan, Danimarka, Yunanıstan, Kanada, Çin, Türkiyə, Ukrayna, Finlandiya, Rusiya, Sloveniya və ABŞ bazarlarının aparıcı simaları, həmçinin Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və İtaliyanın milli qrupları yer alırdı. Qeyd etmək lazımdır ki, sərgi iştirakçılarının təxminən 40%-ni yerli şirkətlər təşkil edirdi. Tədbirdə yerli şirkətlərin fəal iştirakı “BakuBuild Azerbaijan” sərgisinin uğurlarına böyük töhfə oldu. Şəhərsalma sahəsində ixtisaslaşan beynəlxalq mütəxəssislər bu sərgidən öz məhsullarını “Made in Azerbaijan” brendi altında təqdim etmək üçün istifadə edən yerli şirkətlərin effektiv iştirakını yüksək qiymətləndirdilər.

İnşaat materialları, döşəmə örtükləri, keramika, üzlük daşlar, mərmər, lak-boya məmulatları, dam materialları, qapı və pəncərələr, eləcə də bir sıra digər məhsulların geniş çeşidi “BakuBuild Azerbaijan 2018” ziyarətçilərinin diqqətinə təqdim edildi.

“Xəzər İnşaat Həftəsi”nin işgüzar proqramına bir sıra ixtisaslaşmış seminarlar, peşəkar görüş və müzakirələr, eləcə də yeni texnologiyaların və inşaat ustalıqlarının təqdimatları daxil olub. Bu il təşkilatçılar ilk dəfə olaraq “Aquatherm Baku” və “BakuBuild” sərgiləri çərçivəsində tədbirlərdə təqdim olunan material və məhsulların sınanması üçün xüsusi “Sınaq otağı” yaradıb. Ziyarətçilər təşkilatçıların digər yeniliklərini - İştirakçıların öz yeni məhsullarını təqdim etdikləri “İnnovasiyalar guşəsi”ni və ziyarətçilərə iştirakçı şirkətlərin məhsul və ya xidmətlərini xüsusi endirimlə əldə etmək imkanı yaradan Ziyarətçilər üzrə loyallıq proqramını məmnuniyyətlə qarsalayıblar.

Sərgi təşkilatçılarının yüksək peşəkarlığı təkcə “Xəzər İnşaat Həftəsi”nin çoxsaylı iştirakçıları tərəfindən deyil, həm də bu tədbirə orijinal təklif və yeniliklər, o cümlədən ixtisaslaşmış məlumatlar, habelə işgüzar görüş və məsləhətləşmələr sorağı ilə gələn minlərlə ziyarətçi tərəfindən də müsbət qiymətləndirilib. Dörd ixtisaslaşdırılmış sərginin eyni platformada bir araya gəlməsi milli məhsulun lazımı qaydada təşviq olunduğuna tutarlı amildir və bir sıra şirkətlərin inkişafına və sabitliyinə öz töhfəsini verib. Bu faktı VIP qonaqlar arasında olan tanınmış yerli ekspertlər bəyan ediblər. Bu il “BakuBuild Azerbaijan” sərgisinin informasiya tərəfdaşı – “Caspian Energy” şirkəti ilə birlikdə Naxçıvandan gələn sahibkarlar üçün sərgi üzrə tanışlıq turu təşkil edilib.

Bu il “Aquatherm Baku 2018” sərgisi dünyanın 14 ölkəsindən su təchizatı, kanalizasiya, istilik, dispetçerləşdirmə, kondisionerləşdirilmə, havalandırma, habelə üzgüçülük hovuzu və SPA mərkəzlərinin təchizatı üzrə həll variantları təklif edən 69 şirkəti bir araya gətirib.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar