EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Mən hər il “BakuBuild Azerbaijan” və “Aquatherm Baku” sərgilərini ziyarət edirəm!
Media мərkəz » Xəbərlər

Mən hər il “BakuBuild Azerbaijan” və “Aquatherm Baku” sərgilərini ziyarət edirəm!
25.10.2018

Xəbərlər

Sultan Mustafayev, santexnika və istilik sistemləri üzrə mütəxəssis

Mən keçirildiyi ilk dövrdən bəri “BakuBuild Azerbaijan” və “Aquatherm Baku” sərgilərini ziyarət edir və bu tədbirlər sayəsində öz işimdə yeniliklər tətbiq edirəm Şəxsən mən çox istərdim ki, belə sərgilərin sayı daha çox olsun. Mənim qızım memardır və o da öz həmkarları ilə bu sərgiləri ziyarət edir.

Mən artıq 20 ildir ki, yenilikləri izləyir və ixtisaslaşmış şirkətlər ilə təmas qurmağa, veb-saytlara daxil olmağa çalışıram. Bu gün Rusiya Federasiyasını təmsil edən, səssiz kanalizasiya sistemləri hazırlamış bir şirkətin işini bəyəndim. Belə analoqlar Almaniyada da var, lakin fərdi usta kimi, mənə qiymət vacibdir. Mən zamanla ayaqlaşmağa çalışır, imkan daxilində ixtisaslaşmış treninqlərdə iştirak edirəm.

“Iteca Caspian” şirkəti tərəfindən keçirilən sərgilər bir sıra mütəxəssislərə, eləcə də ölkəmizin peşəkarlarına kömək edir, Azərbaycanda inşaat sektorunun bütün sahələrinə müsbət təsir göstərir. 



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar