![]() |
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ![]() ![]() |
Səbuhi Vəliyev, Bakı
- Mən memaram və layihə bürosunda çalışıram. Sərginin məzmunu mənə yaxındır və buna görə də mən bu tədbiri hər il ziyarət edirəm. Hər kəs ölkə xaricinə gedərək innovasiyalar ilə tanış olmaq, xarici şirkətlərin nümayəndələri ilə birbaşa görüşmək, materialları əyani şəkildə görmək imkanına malik deyil (bu isə peşəkar inkişaf üçün bu çox vacibdir!). Bu baxımdan, sərgi bizə əla fürsət yaradır. Mən inşaat alətlərinə böyük maraq göstərirəm. Bu gün Polşanın stendi və məhsul çeşidləri ilə tanış oldum və məlumatlılığım daha da artdı, belə ki, indi mən məhsulun keyfiyyətini, eləcə də onun xüsusiyyətini dəyərləndirərək, digər analoji istehsalçılar ilə müqayisə edə və qiymətə gör öz təhlilimi apara, habelə gələcəkdə düzgün seçim edə bilərəm.