EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Profillər üzrə ən yaxşı təkliflər
Media мərkəz » Xəbərlər

Profillər üzrə ən yaxşı təkliflər
25.10.2018

Xəbərlər

Baxşəli Baxşəlisoy, “Pimapen” şirkətinin satış üzrə direktoru

- “Veliyev” MMC təxminən doqquz ildir ki, Türkiyənin aparıcı qapı-pəncərə profilləri istehsalçısı - “Pimapen” brendinin rəsmi distribyutorudur. Biz 2017-ci ildə bu məhsulun Azərbaycanda istehsalına görə rəsmi lisenziya alaraq Sumqayıtda zavod açmışıq. Brend istehsalatı müasir alman texnologiyası ilə təchiz edilib. Bu gün bütün məhsullar şirkətin öz laboratoriyasında ciddi nəzarət və zəruri yoxlamalardan keçir. Biz bu gün məhz həmin şirkəti sərgidə qürurla təqdim edirik. Stendimizdə müxtəlif – “S60 Alfa”, “S60 Beta”, “Maximus S70”, “Nirvana 80 mm” məhsul silsilələrinin variantlarını nümayiş etdiririk. Biz 30-dan artıq rəngli həll variantı təklif edirik ki, bu da hələ ki, nadir hadisədir.

“Pimapen” beynəlxalq bazarda tələbat olan məhsuldur və buna görə də tezliklə Gürcüstanda məhsul satışına start verəcəyik. Bu məsələ barədə Orta Asiya ölkələri ilə də fəal danışıqlar aparılır. Bizim brend çoxdandır ki, Azərbaycanda keyfiyyət və münasib qiyməti ilə özünü doğruldub. Biz “BakuBuild Azerbaijan 2018” sərgisində məmnuniyyətlə iştirak edir, qonaqları məlumatlandırır, məhsulları nümayiş etdirir və ziyarətçilərlə tanış oluruq. Çoxsaylı yerli iştirakçıların olması da sevindirici haldır. Bizim brendin holoqramı gülüşü təmsil edir - biz alıcılarımızın simalarında minnətdarlıq gülüşünü görmək üçün bütün xidmətləri onlara məmnuniyyətlə təqdim edirik.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar