EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “BakuBuild Azerbaijan” sərgisi yeni satış bazarlarını öyrənməyə kömək edir!
Media мərkəz » Xəbərlər

“BakuBuild Azerbaijan” sərgisi yeni satış bazarlarını öyrənməyə kömək edir!
25.10.2018

Xəbərlər

Vladimir Qorelov, Rusiya Federasiyasını təmsil edən inşaat şirkətinin əməkdaşı

- Mən Rusiyanın inşaat şirkətinin satış üzrə meneceri kimi Bakıya ilk dəfə gəlmişəm. “BakuBuild Azerbaijan” sərgisi bizim məhsulların (keramika, vanna otağı üçün keramik fittinqlər /sanfayans/, plastik) yeni istehsal və satış bazarlarını tapmağa kömək edir və mən hesab edirəm ki, bu bazarlardan biri də dinamik şəkildə inkişaf edən Azərbaycan ola bilər.

Hələlik mən burada hansı istehsalçıların təmsil olunduğunu öyrənirəm, xeyli türk və Avropa şirkətlərinin olduğunu müşahidə edirəm. Bizim şirkət məhz yerli müəssisələr ilə tərəfdaşlıq münasibətləri qurmaq niyyətindədir və buna görə də mən hesab edirəm ki, belə şirkətlər bu kimi tədbirlərdə daha çox təmsil olunmalıdır. Əgər nəzərə alsaq ki, inşaat sahəsi çox böyük sahədir, o zaman daha çox sayda (çoxprofilli) şirkətləri dəvət etmək məqsədəuyğun olardı. Mən ümidvaram ki, Bakıya səfərim uğurlu olacaq, belə ki, burada böyük potensial var.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar