EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - İrihəcmli ev inşaatı üzrə mütərəqqi texnologiya
Media мərkəz » Xəbərlər

İrihəcmli ev inşaatı üzrə mütərəqqi texnologiya
25.10.2018

Xəbərlər

Yekaterina Razumovskaya, “Formator” şirkətinin inşaat sahəsində innovativ texnologiyaların təbliği üzrə menecer

- “Formator” şirkəti irihəcmli ev inşaatı üzrə mütərəqqi texnologiyanın satışını həyata keçirir. Şirkətin fəaliyyət göstərdiyi illər ərzində 400000 m2-dən artıq sahə istismara verilib, biz öz texnologiyalarımızı təkmilləşdirmişik və bu yaxınlarda təcrübəmizi bölüşmək və investorları cəlb etmək məqsədi ilə beynəlxalq bazara çıxmaq barədə qərar qəbul etdik. Məhz buna görə də biz “BakuBuild Azerbaijan” sərgisində iştirak edirik. İstehsal prosesinin kompleks tsikli, öz layihələrimiz, personalın təlimatlandırılması və s. bu kimi xidmətlərimizi təklif etmək üçün inşaatçıları cəlb etmək niyyətindəyik. Bu texnologiyanın bir sıra üstünlükləri var. Ən əsası isə sürətdir (17 mərtəbəli 3 bloklu bina 51 gün ərzində inşa olunur). İkincisi, maya dəyərinin az olmasıdır. Üçüncüsü isə ekologiya prinsiplərinə riayət etməkdir. Nəhayət, çox vacib olan məsələ qurğunun hərəkətliliyidir. Yəni, istehsal prosesi (loqistikaya vaxt itirmədən) tikinti sahəsinin yaxınlığında təşkil edilə bilər.

Bizim layihələr arasında inkişaf etmiş infrastrukturu olan nəhəng yaşayış kompleksləri; poliklinikalar, ticarət mərkəzləri, idman və uşaq meydançaları yer alır. Biz bu gün öz stendimizdə çoxmərtəbəli evlərin və ikimərtəbəli villaların maketlərini, eləcə də prosesin tam təsviri ilə müşayiət olunan mərhələli istehsal blokunun quraşdırılması, betonun hazırlanma qaydası və nəticə etibarı ilə əldə edilən məhsul barədə məlumatı təqdim edirik. Həmçinin, sərf edilən vaxt, ştat işçiləri və digər təfsilatlar barədə məlumatlar ziyarətçilərə təqdim olunur.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar