![]() |
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ![]() ![]() |
Ayaz Nəzərov
Tikinti sahəsindəki peşəkar məşğuliyyətim məni sərgiyə gəlməyə sövq edib. Ziyarətimin əsas məqsədi inşaat materiallarının istehsalçıları ilə görüşməkdir. Şübhəsiz ki, müasir texnologiyalar sürətlə inkişaf edir. Yüksək keyfiyyətə nail olmaq üçün biz öz işimizdə müasir innovasiyalardan maksimum istifadə edirik. Sərgi elə bir yerdir ki, burada beynəlxalq bazardakı yeniliklər barədə kifayət qədər ətraflı məlumat toplamaq, materiallar ilə əyani şəkildə tanış olmaq və yeni işgüzar əlaqələr qurmaq mümkündür. Bu baxımdan, bu gün iştirak edən şirkətlərin və məhsulların çeşidliliyi məni sevindirir. Fikrimcə, sənaye sərgiləri şəxsi biznesin inkişafına təkan verməklə yanaşı, ümumilikdə, ölkənin bütün seqmentinin inkişafına kömək edir. “NorthWest” şirkətinin stendini və onların mebel məhsullarını bəyəndim. Yerli istehsalçıların xarici rəqibləri ilə rəqabət aparmaq iqtidarında olan layiqli keyfiyyəti məni sevindirir.