EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Udmurtiyadan iri müəssisələrin təklifləri
Media мərkəz » Xəbərlər

Udmurtiyadan iri müəssisələrin təklifləri
24.10.2018

Xəbərlər

Dmitriy Kozlovskiy, Udmurtiya Mebelçiləri Gildiyası Assosiasiyası qeyri-kommersiya təşkilatının nümayəndəsi

Biz “BakuBuild Azerbaijan” sərgisində Udmurtiyanın üç nəhəng müəssisəsinin birgə stendini təqdim edirik. Bunlar alüminiumun anodlaşdırılması, müxtəlif dolablar üçün metal məhsulların, tamamlama məhsulları və qarderobların istehsalı sahəsində ixtisaslaşmış “Naydi” (“Tap”) şirkəti, eləcə də mebelin yığılması üçün ləvazimatların istehsalı ilə məşğul olan “FTS” şirkətidir. Üçüncü müəssisənin - “Arbat”  şirkətinin əsas fəaliyyəti yumşaq mebellərin istehsalından ibarətdir.

Biz hər il bazara yeni məhsullar çıxarırıq və bu il təxminən 20 belə məhsul var. Möhkəmlik, etibarlıq və sərfəli qiymət siyasəti bu məhsulların əsas xüsusiyyətidir. Bakıya bir neçə il bundan əvvəl itirilmiş əlaqələri yeniləmək məqsədi ilə gəlmişik. Hesab edirəm ki, sərgi yeni əlaqələrin qurulmasına kömək edəcək. Biz stenddə mebel nümunələrinin yalnız kiçik hissəsini nümayiş etdiririk. Bunlar müxtəlif növ pərçim elementləri, fərqli profil konfiqurasiyalarının nümunələridir. Unikal məhsullar arasında yığma torlu konstruksiya, hazır stellaj həll variantı yer alır. Bu məhsul az yer tutur, korroziyaya uğramır və istifadəsi asandır. Müştəri (interyerdən asılı olaraq) konstruksiyanın rəngini seçə bilər. Bundan başqa, miz qaraj üçün xüsusi konstruksiyanı nümayiş etdiririk. Belə bir deyim var ki, “kim sərgiyə qatılıbsa, o biznesə də qatılıb” - sərgidə iştirak şirkətin inkişafının və onun rəqabət qabiliyyətinin göstəricisidir!

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar