EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Zəmanət – 100 il!
Media мərkəz » Xəbərlər

Zəmanət – 100 il!
24.10.2018

Xəbərlər

İqor Jelezovski, “Uralski qranit” (“Ural qraniti”) şirkətinin Baş direktorunun marketinq və satış üzrə müavini

“Uralski qranit” zavodu Çelyabinsk diyarında yerləşir. Şirkətin ikinci zavodu olan “Keramika budeşeqo” (“Gələcəyin keramikası”) müəssisəsi isə Moskva diyarında yerləşir. Şirkət 15 ildən artıqdır ki, şirli qranitlərdən başlamış texniki qranitlərə qədər istənilən növ qranit istehsalını həyata keçirir. Istehsalın təkmilləşdirilməsi, ağıllı marketinq, əlaqələrin qurulması sayəsində şirkət müasir texnoloji tələblərə cavab verir və bazarda ləyaqətlə rəqabət aparırıq. Bizim məqsədimiz istehsalçılarımıza keyfiyyətli, dəbli və gözəl məhsul təklif etməkdir!

Biz Bakı bazarında debüt edirik. Qeyd edim ki, sərginin ilk günü yaxşı nəticə verib. Biz tərəfdaş tapmışıq və gələcək planlarımızı müzakirə etmişik. Bu gün stendimizdə müxtəlif ölçülü qranit lövhələrinin bir sıra nümunələrini nümayiş etdiririk. Burada müasir, dəbli keramika-qranit örtüklərin, süni sement nümunələrini görmək olar. Ziyarətçilər əsasən 120x120 ölçülü böyük lövhələr ilə maraqlanırlar. Bu gün sözügedən məhsul insanların kütləvi şəkildə hərəkət etdiyi yerlərdə tələb olunur. Bu gün Bakıya gətirdiyimiz yeni məhsul xəttinin əsas xüsusiyyəti forma və təsvirin tozlarla yaradıldığı texnologiyadır. Bugünkü stendin döşəməsi 50-100 il zəmanət verilən bu material ilə döşənib! Sərgi məlumat mübadiləsi, məhsulların nümayiş olunması, brendin təbliği və işgüzar danışıqların aparılması üçün əla imkandır.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar