EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “BakuBuild Azerbaijan 2018” sərgisi: inşaat sektorunda inkişafın bariz göstəricisi
Media мərkəz » Xəbərlər

“BakuBuild Azerbaijan 2018” sərgisi: inşaat sektorunda inkişafın bariz göstəricisi
23.10.2018

Xəbərlər

23 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild Azerbaijan 2018”), 11-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” (“Aquatherm Baku 2018”), Xəzər Beynəlxalq “Mebel, İnteryer və Dizayn” (“Caspian MebelExpo 2018”) sərgilərini ehtiva edən “Xəzər İnşaat Həftəsi”nin açılışı olub.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, ölkə rəhbərliyi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük diqqət yetirir. Ölkənin bu inkişafı sənayenin böyüməsi və modernləşməsi, müasir müəssisələrin inkişafı və onların istehsal gücünün artması ilə bağlıdır. Bu baxımdan, “BakuBuild Azerbaijan” sərgisi sənayenin inkişaf göstəricisidir, inşaat sektoruna maraq cəlb edir. Milli məhsulun təbliğinin inandırıcı amili olan, bir sıra şirkətlərin inkişafına və stabilliyinə kömək edən “Made in Azerbaijan” brendi altında təqdim edilən brendlərin sayının çoxluğu sevişdirici haldır.

Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov qeyd edib ki, nəhəng və çoxillik “BakuBuild Azerbaijan” sərgisi öz sıralarında bazarın tanınmış qlobal iştirakçılarını bir araya gətirir. İnşaat iqtisadiyyatın digər sahələrinin təkmilləşməsi üçün birləşdirici halqa rolunu oynayır. Müasir inkişaf tapşırıqları yeni texnologiyalar və şəhərsalmanın modernləşdirilməsini tələb edir ki, bu sərgi də həmin tələbləri uğurla əks etdirir.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov inşaat sektorunun inkişafını müasir istehsal modellərinin dinamikası ilə müqayisəli şəkildə təhlil edib. “BakuBuild Azerbaijan” sərgisi inşaat, memarlıq və layihələndirmə sahəsində bütövlükdə region üçün ən mühüm peşəkar tədbirdir.

Memarlar İttifaqının katibi Fərhad Mollazadə qeyd edib ki, dünya praktikasına uyğun olaraq, Azərbaycanda inşaat sektoru bütün ölkə iqtisadiyyatının uğurlarını əks etdirir. Bir sıra beynəlxalq layihələrin tətbiqi, ən yaxşı memarlıq layihələrinin reallaşdırılması ölkənin görünməmiş inkişafının əlavə sübutudur. Sərgi bu inkişafı nümayiş etdirmək üçün hərəkətverici qüvvədir.

“Iteca Caspian” şirkətinin Baş direktoru cənab Edvard Stroon məlumat verib ki, “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 22 ölkəsini təmsil edən 301 şirkət iştirak edir. Çıxışının sonunda  cənab E. Stroon verdikləri dəstəyə görə İqtisadiyyat Nazirliyi, Dövlət Memarlıq və Şəhərsalma Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Memarlar İttifaqı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) minnətdarlığını bildirib.

Bu il Almaniya, Polşa, İtaliya və Rusiya “İnşaat” sərgisində milli qruplar ilə təmsil olunur. Udmurtiya və Tümen diyarlarını təmsil edən şirkətlər sərgidə debüt edir. “BakuBuild Azerbaijan 2018” sərgisi inşaat materialları, döşəmə örtükləri, keramika, üzlük daş, mərmər, qapı-pəncərə, interyer üçün məhsulların bütün çeşidlərini əhatə edir. Lak-boya sektoru və dam materialları həm yerli, həm də xarici şirkətlər tərəfindən geniş təqdim edilir. Sərgidə otaqlararası və giriş qapılarının, habelə şəhərətrafı evlər və ofis binaları üçün metal və avtomatik qapıların geniş çeşidi ilə tanış ola bilərsiniz.

“Xəzər İnşaat Həftəsi” innovasiyaların nümayiş etdirilməsi üçün əla şərait yaradıb və “BakuBuild Azerbaijan” və “Aquatherm Baku” sərgilərinin eksponentləri bu imkandan fəal şəkildə istifadə edirlər.

“BakuBuild Azerbaijan”, “Caspian MebelExpo”, “Aquatherm Baku” və “Securika Caspian” sərgilərinin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar