![]() |
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ![]() ![]() |
Rüstəm Məmmədov, “Fab Boya” şirkətində Reklam departamentinin direktoru
Şirkət 2001-ci ildə boya istehsalı ilə fəaliyyətə başlayıb və son illər ərzində öz istehsal fəaliyyətini daha da genişləndirib. Artıq mövcud olan istehsal sahələrinə plastik məhsulların istehsalı üzrə “Hillfan” zavodu, yapışqan məmulatlarının istehsalı üzrə “Fabkim” zavodu və s. əlavə edilib. Bu gün beş belə zavod var. Bununla yanaşı, şirkətimizin nəzdində altı müasir laboratoriya da fəaliyyət göstərir. 2018-ci ilin nailiyyəti gips və gips məhsullarının istehsalı üzrə “Beyazalci” zavodunun açılışı olub.
Biz “BakuBuild Azerbaijan” sərgisində hər il iştirak edir və bu tədbirə böyük məsuliyyətlə hazırlaşırıq. Stendimizdə şirkətin bütün əsas istiqamətləri üzrə geniş məhsul çeşidlərini təqdim edirik. Bununla yanaşı, istehsal ərazilərinin sahəsi ilə ziyarətçiləri mütəəssir etmək məqsədi ilə şirkətin maketini də stendə yerləşdirməyi məqsədəuyğun hesab etdik, çünki belə addım həmişə diqqəti cəlb edir. Sərginin keçiriləcəyi günlər ərzində danışıqlar aparmaq və sazişlər imzalamaq üçün şirkətin bütün sahələrini təmsil edən mütəxəssislər iştirak edəcək. Hesab edirəm ki, sərgidə iştirakın üstünlükləri qeyri-məhduddur. Bunlar arasında nüfuzun artırılması, yaxşı reklam, tərəfdaş bazasının və satışların həcminin artırılması yer alır. Sərgidən əldə edilən səmərəli nəticəni hiss etmək üçün ilk növbədə stendin yerləşdiyi yeri, onun ekspozisiyasını, habelə qonaq və tərəfdaşlara peşəkar məlumat verə biləcək nümayəndələrin sayını düzgün seçmək lazımdır.