EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - XƏZƏR İNŞAAT HƏFTƏSİ 2018: tikinti və abadlıq üçün hər şey bir məkanda
Media мərkəz » Xəbərlər

XƏZƏR İNŞAAT HƏFTƏSİ 2018: tikinti və abadlıq üçün hər şey bir məkanda
22.10.2018

Bu il 23 oktyabr tarixində “Xəzər İnşaat Həftəsi” Bakı Ekspo Mərkəzində öz işinə başlayır. Regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbir - “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan”, Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo”, 11-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” və 11-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian” Sərgiləri, Bakı Ekspo Mərkəzinin iki salonunu əhatə edir. “Xəzər İnşaat Həftəsi” regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbiridir. Bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 22 ölkəsindən 301 şirkət iştirak edir.

“BakuBuild Azerbaijan” sərgisi tikinti və memarlıq, layihələndirmə və təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il müxtəlif dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir və burada biznes tərəfdaşları ilə əlaqə yaradır. 

Bu illər ərzində sərgi məhsul və xidmətlərin bazarda təşviq edilməsi üçün artıq ozünü effektiv vasitə kimi doğruldub. İştirakçılar arasında Azərbaycan, ABŞ, Danimarka, Finlandiya, Kanada, Çin, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər yer alır. Keçirildiyi illər ərzində sərgi özünü məhsul və xidmətlərin bazarda təşviq edilməsi üçün səmərəli vasitə kimi doğrulda bilmişdir. Bu il “İnşaat” sərgisində dəfələrlə tədbirin iştirakçısı olmuş dörd milli qrup iştirak edir, belə ki, tədbirin ənənəvi iştirakçısı - Almaniya milli stendi bu dəfə də Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyi (BMWI) və Almaniya Sərgi Sənayesi Assosiasiyası (AUMA) ilə əməkdaşlıq çərçivəsində tədbirə qatılmışdır. Polşanın İnvestisiya və Ticarət Agentliyi isə Polşa milli stendinin təşkilatçısı qismində çıxış edir. Artıq uzun illərdir ki “Dubai Export” şirkəti BƏƏ-nin aparıcı şirkətlərini sərgiyə cəlb edir. İtaliya birgə stendinin iştirakı “Iteca Caspian” şirkətinin İtaliyadakı tərəfdaşı - “Invernizzi Group” şirkəti tərəfindən təşkil edilib. Builki debütantlar arasında Rusiyanın iki kollektiv regional stendi yer alır, belə ki, sərgidə Udmurtiya İxracın inkişafı korporasiyasının rəhbərliyi altında Udmurtiya diyarının şirkətləri, Tümen diyarının İxraca dəstək mərkəzinin rəhbərliyi altında isə Tümen şirkətləri debüt edir.

Sevindirici haldır ki, sərgi iştirakçılarının 40%-ni yerli şirkətlər təşkil edir - Azərbaycan şirkətlərinin fəal iştirakı isə “BakuBuild Azerbaijan” sərgisinin uğurlu olmasına böyük töhfədir. Yerli şirkətlər öz məhsullarını “Made in Azerbaijan” brendi altında beynəlxalq səviyyədə təqdim etmək üçün bu sərgidən istifadə edir. Sərgidə iştirak işgüzar münasibətləri genişləndirərək yeni əlaqələr qurmağa imkanı verir. “BakuBuild Azerbaijan” sərgisinin qeydiyyat sponsoru tədbirin müntəzəm iştirakçısı - “Corella” brendini təqdim edən “NB Group” şirkətidir, Baş informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) jurnalı  çıxış edir.

Sərgi ən qısa yoldan istifadə edərək yerli bazarı öyrənmək və onun tərkib hissəsi olmaq istəyən yeni iştirakçıların diqqətini hər il özünə cəlb edir, çünki “Xəzər İnşaat Həftəsində” sənayeni təmsil edən bütün şirkətlər bir araya gəlir. Bu il “BakuBuild Azerbaijan” iştirakçılarının 40%-ni yeni şirkətlər təşkil edir və onların arasında həm yerli, həm də xarici şirkətlər var.

“BakuBuild Azerbaijan” sərgisinin iştirakçıları ziyarətçilər üçün inşaat materiallarının bütün çeşidlərini əhatə edən ekspozisiya hazırlayıb. Bu il sərgi tikinti materialları, döşəmə örtükləri, keramika, üzlük daşlar, mərmər, qapı və pəncərələr, eləcə də interyer məmulatlarının geniş çeşidini əhatə edəcək. Lak-boya sektoru həm yerli, həm də xarici şirkətlər tərəfindən lazımı səviyyədə təmsil olunacaq. Sərgidə otaqlararası və giriş qapılarının, eləcə də bağ evləri və ofis binaları üçün metal və avtomatik qapıların geniş çeşidi ilə nümayiş  etdiriləcək. Ənənəvi olaraq, dam materialları və taxta məmulatları da tədbirdə geniş şəkildə sərgilənəcək. Builki yeniliklər arasında innovativ qarışıqlar, beton, cilalama maşınları, beton paya və plitələr hazırlamaq üçün yüksək texnoloji dəzgahlar və bir sıra digər məhsullar yer alır.

Bu il Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisində həm Azərbaycanı (“NorthWest Construction”), həm də Rusiyanı (Udmurtiya İxracın inkişafı korporasiyasının timsalında) təmsil edən mebel-interyer şirkətlərinin fəal iştirakını müşahidə etmək olar. Bu şirkətlər ziyarətçiləri mebel sənayesinə aid yeni məhsul və yenilikləri ilə sevindirəcək.

23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 11-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2018” sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”), eləcə də üzgüçülük hovuzu üçün avadanlıq və ləvazimatlar sənayesinin bütün mövzularını işıqlandıran, regionda sənayenin inkişaf perspektivlərini əks etdirən aparıcı peşəkar tədbir kimi doğruldub. Sərgi su təchizatı, kanalizasiya, istilik, dispetçerləşdirmə, havanın kondisiyalaşdırması, havalandırma sistemləri, habelə üzgüçülük hovuzları və spa mərkəzlərinin təchizatı sahəsində həll variantları təklif edən şirkətləri bir araya gətirir.

Sərgi bu il dünyanın 14 ölkəsini, o cümlədən Azərbaycan, Avstriya, İran, İtaliya, Çin, Rusiya, Türkiyə, Ukrayna, Fransa, Çex Respublikası və digər ölkələrdən şirkətləri bir araya gətirəcək təmsil edən 69 şirkəti bir araya toplayıb. Sərgi iştirakçıları arasında Alarko Carrier Sanayi ve Ticaret, Aldaq, ATC AIR Trade Centre Havalandirma, Azertexnolayn, BestTechniK, Gedik Dokum ve Vana A.Ş., Euroclima, Leister Baku (EVIM), Newcond, Oz-Kan Makina Elm. San. ve Tic. AS., Polymart, Sumqayıt Texnologiyalar Parkı (STP), Turan Makinе, Yağmur 2, Yusiko kimi şirkətlər yer alır. Bu il sərgidə iştirakçılarının tərkibi daha əvvəl tədbirdə iştirak etməmiş şirkətlərin hesabına 30% artıb. Builki sərginin debütantları arasında isə “Cahan Sənaye Kompleksi” (Azərbaycan), “Chuděj, s.r.o.” (Çex Respublikası), “Hidronix SRL” (İtaliya), “SICCOM SAS” (Fransa), “PG Product” (İran) və s. yeni şirkətlər var.

“Aquatherm Baku 2018” sərgisinin iştirakçıları havalandırma və istilik sistemlərini, su üçün boru və filtrləri, isidici qazanları, nasosları, hidrantları və bir sıra digər məhsulları təqdim edəcəklər. Sərgidə müxtəlif istehsalçıların təklif etdikləri məişət və sənaye kondisionerləri, yastı su qızdırıcılarının geniş çeşidi də nümayiş olunacaq. Həmçinin otaqlarda mikroiqlimi uzaqdan idarə etmək üçün İT texnologiyalar da təklif olunacaq.

SƏRGİLƏRDƏ İNNOVASİYALAR

Çağdaş dünyamız yeni inkişaf qaydalarını diktə edir və sənaye yenilikləri bu prosesin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq sərgilər innovasiyaların nümayişi üçün əla platformadır və eksponentlər bu imkandan fəal şəkildə istifadə edirlər. Sərgilərdə təqdim edilən müxtəlif istehsal sirləri barədə məlumatları ehtiva edən yeni məhsullar kataloqu illik qaydada dərc edilir və siz bu kataloq ilə sərginin rəsmi veb-saytında tanış ola və ya yükləyə bilərsiniz. Yeni məhsul və xidmətlər təklif edən şirkətlərin stendləri xüsusi “new product/new service” (“yeni məhsul/yeni xidmət”) nişanı ilə işarələnib.

İŞGÜZAR PROQRAM

“Xəzər İnşaat Həftəsi” tikinti, təmir və binaların mühəndis-texniki təchizatı ilə məşğul olan müəssisə və təşkilatlar üçün yeni işgüzar əlaqələrin və tərəfdaşlıq münasibətlərinin qurulması, daha çox müştərinin cəlb edilməsi, eləcə də ekspertlər arasında təcrübə və ən son məlumat mübadiləsi baxımından unikal fürsətdir. Sərgi çərçivəsində bir sıra ixtisaslaşmış seminarlar, peşəkar görüş və müzakirələr, o cümlədən yeni texnologiyaların və inşaat ustalığının təqdimatı keçiriləcək.

Həmçinin, 23 oktyabr tarixində saat 13:00-da Polşa İnvestisiya və Ticarət Agentliyinin təşkilati dəstəyi ilə “Polşanın inşaat sənayesi” press-brifinqi təşkil olunacaq (Bakı Ekspo Mərkəzi, 1-ci zal, stend № B1062). Həmin gün daha bir tədbir - Azərbaycan Memarlar İttifaqının rəhbərliyi ilə keçirilmiş “Respublika memarlıq əsərləri müsabiqəsi” qaliblərinin təntənəli şəkildə elan edilməsi baş tutacaq.

“BakuBuild Azerbaijan” və “Aquatherm Baku” Sərgislərinin ikinci iş günü də dolğun keçəcək və təşkilatçıların sərgi günlərində dəfələrlə təşkil etdikləri “В2В” formatlı görüşlər ilə başlayacaq. Bu görüşlər yerli mütəxəssislər, dilerlər və distribyutorlar ilə onların xarici həmkarları arasında peşəkar dialoqun aparılması üçün əlavə və səmərəli işgüzar platformaya çevrilib. Bu il 60-dan çox şirkət 24 oktyabr tarixində “BakuBuild Azerbaijan” sərgisinin iştirakçıları, 25 oktyabr tarixində isə “Aquatherm Baku” sərgisinin iştirakçıları ilə (Bakı Ekspo Mərkəzinin 22 nömrəli seminar otağında) keçiriləcək işgüzar görüşlərdə iştirak etmək istədiyini bildirib.

Bunun ardınca isə gənc memarlar arasında inşaat sahəsi üzrə ən orijinal həll variantını ehtiva edən qalib layihəni seçmək üçün Azərbaycan Memarlar İttifaqı ilə “Iteca Caspian” şirkətinin birgə tədbiri olan “Unikal layihə” adlı tədbir keçiriləcək.

Təşkilatçılar “BakuBuild Azerbaijan” və “Aquatherm Baku” sərgilərin bütün imkanlarından səmərəli şəkildə istifadə olunmasında iştirakçılara köməklik etmək məqsədi ilə sərgidən xeyli əvvəl onlar üçün işgüzar nahar təşkil etmişlər. Nahar zamanı sərgilərdə uğurlu iştirak formullarının təqdimatı keçirilib, sərgilərin reklam kampaniyaları haqqında məlumat verilib və stendin təşkili üzrə əsas məqamlara toxunulub. Tədbir kouç Fidan Əzimli  tərəfindən aparılıb. İşgüzar qəlyanaltı zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib.  İşgüzar naharda yerli şirkətlərin 30-dan artıq nümayəndəsi iştirak edib və təşkilatçılar ümid edirlər ki, səsləndirilmiş faydalı məsləhətlər şirkətlərin sərgilərdə iştirakı zamanı uğurla tətbiq ediləcək.

Regionun yeganə ixtisaslaşmış sərgisində iştirak etməklə yanaşı, tədbiri ziyarət etmək də inşaat ilə məşğul olan bütün şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq sərgilərə Azərbaycan sahibkarlarını yeni texnologiyalar ilə tanış etmək məqsədi ilə həm xaricdən həm də bölgələrdən işgüzar turlar təşkil olunur. Bu il “BakuBuild Azerbaijan” sərgisinin informasiya tərəfdaşı olan “Caspian Energy” ilə birgə Naxçıvandan olan sahibkarlar üçün işgüzar tur təşkil olunacaq. Həmçinin təşkilatçılar Gürcüstan sahibkarları üçün də işgüzar tur təşkil edəcəklər.

TƏŞKİLATÇILAR TƏRƏFİNDƏN YENİLİKLƏR

“BakuBuild Azerbaijan” və “Aquatherm Baku” Sərgilər çərçivəsində (ilk dəfə olaraq) təşkilatçılar sərgidə təqdim edilən material və məhsulların sınanması üçün “Sınaq otağı” adlı xüsusi zona yaradıb və ziyarətçilər burada məhsulların imkan və keyfiyyətlərini şəxsən yoxlaya bilərlər.

Təşkilatçılardan daha bir yenilik isə “İnnovasiyalar guşəsi”dir. İştirakçı şirkətlər burada öz yeni məhsullarını çoxsaylı ziyarətçi auditoriyasına təqdim edərək onlar haqqında məlumat verə, mütəxəssislərin suallarını cavablandıra və məhsulu bilavasitə iş prosesində nümayiş etdirə bilərlər.

Ziyarətçilər üzrə “Loyallıq proqramı” sərgi iştirakçılarının tətbiq etdikləri növbəti yenilikdir. Bu proqram sayəsində sərgi ziyarətçiləri sərgidə iştirak edən şirkətlərdən məhsul və ya xidmətləri xüsusi endirimlə satın ala biləcəklər. “Ziyarətçilər üzrə loyallıq proqramı”nın iştirakçıları barədə daha ətraflı məlumat Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən təqdim olunacaq.

DƏSTƏK

“BakuBuild Azerbaijan 2018” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dəstəklənir. Həmçinin “Aquatherm Baku”, “BakuBuild Azerbaijan”, “Caspian MebelExpo”, “Securika Caspian” sərgilər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və ilk dəfə olaraq Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

2018-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır.

Bakı Ekspo Mərkəzinin foyesində “Bagcam.az” - uşaq bağçaları şəbəkəsinin tərəfindən təşkil olunan uşaqlar üçün əyləncə zonası fəaliyyət göstərəcək. Burada valideynlər öz uşaqlarını təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər.

TƏŞKİLATÇILAR

“BakuBuild Azerbaijan”, “Caspian MebelExpo”, “Aquatherm Baku”, “Securika Caspian” sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti və onların tərəfdaşları çıxış edirlər.  Sərginin “Daily News” adlı rəsmi qəzeti tədbir ilə eyni vaxtda dərc olunacaq və burada sərgi iştirakçıları barədə məlumatlar, eləcə də sərgi çərçivəsində baş verən hadisələr əks etdiriləcəkdir. “Xəzər İnşaat Həftəsi”nin ən son xəbərləri sərgilərin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə operativ surətdə yerləşdiriləcək. Beləliklə, sərgilərin dörd günlük fəaliyyəti ərzində on minlərlə mütəxəssis inşaat sahəsinin innovativ texnologiyaları ilə tanış olaraq müqavilələr imzalaya və bu sahənin aparıcı istehsalçıları və distribyutorları ilə tərəfdaşlıq əlaqələri qura və bununla da, ən yeni texnologiyaları ölkənin sürətlə inkişaf edən inşaat sahəsində tətbiq edə biləcəklər. “Xəzər İnşaat Həftəsi” 26 oktyabr tarixində öz işini başa vuracaq.

#BakuBuildAzerbaijan #AquathermBaku #SecurikaCaspian #CaspianMebelExpo



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar