EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Yanğından mühafizə üçün yeni məmulatlar
Media мərkəz » Xəbərlər

Yanğından mühafizə üçün yeni məmulatlar
17.10.2018

Xəbərlər

Marjan Brençiç, “TRGO-MOKK” şirkətinin Baş meneceri

2012-ci ildə Şərqi Avropa alıcıları ilə Sloveniya istehsalçıları arasında uzunmüddətli işgüzar münasibətlər qurmaq məqsədi ilə təsis edilmiş “TRGO-MOKK” şirkəti gənc olsa da, həvəs dolu, təcrübəli və dinamik inkişaf edən bir şirkətdir. Təsis olunduqdan cəmi iki il sonra biz öz brendimizi yaratmaq istəyimizi reallaşdırmışıq və hazırda “MOKK-VENT” brendi altında havanın paylanması və tənzimlənməsi üzrə müxtəlif tələbləri qarşılayırıq.

Biz “MOKK-VENT” brendi altında geniş məhsul çeşidini birləşdirmişik. Şirkətimiz havanın paylanması və tənzimlənməsi üzrə məhsullar, otaqları təmiz saxlamaq üçün məmulatlar, döşəmə konvektorları və Belçikanın tanınmış “RF-Technologies” istehsalçısından yanğından passiv mühafizə elementlərini təklif edir.

Şirkət “BakuBuild Azerbaijan 2018” sərgisində öz yeni məhsullarını – tüstü əleyhinə “Kamouflage” klapanı və yanğın əleyhinə klapanlar üçün proqram təminatını təqdim edir. Tüstünün təxliyəsi (sovrulması) üzrə həll variantının məqsədi tüstü qatının altında təmiz sahə yaratmaq üçün yanğının səbəb olduğu tüstünü və istiliyi kənarlaşdırmaqdır. Tüstünün təxliyəsi insanların təxliyəsini asanlaşdırır və yanğınsöndürən personalın məkana daxil olmasına imkan yaradır. Tüstünün təxliyəsinə təbii baca effekti və ya mexaniki sovurma yolu ilə nail olmaq mümkündür.

 Tüstü təxliyəsi üçün qoruyucu qapaqlar adətən bağlı olur və yanğın baş verdikdə, məhəlli şəkildə açılır. Açılma əmri mexaniki tətik və ya idarəetmə bloku vasitəsi ilə verilə bilər. “Kamouflage” tüstü əleyhinə klapanı tüstünün dəhlizlərdən çıxarılması üçün həm unikal, həm də vizual olaraq görünməyən həll variantıdır. Siz yanğın əleyhinə klapanlar üçün seçim proqramı ilə (hava axınından asılı olaraq) klapanların bütün fiziki xüsusiyyətlərini hesablaya bilərsiniz.

Ötən il biz ilk dəfə sərgidə iştirak etmişik və bu, Azərbaycanda keçirilən “WorldBuild Baku 2017” sərgisi olmuşdur. Biz bunu yaxşı təcrübə hesab edirik. Bu il isə biz həm mövcud tərəfdaşlarımız, həm də maraqlı tərəflər ilə işgüzar əməkdaşlıq üçün yeni şirkətlərlə görüşlər keçirmək niyyətindəyik və öz məhsullarımızı, eləcə də  şirkətimizi bütün maraqlı tərəflərə böyük məmnuniyyətlə təqdim edəcəyik.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar