EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Yeni ikimetallı paslanmayan polad pərçimlər
Media мərkəz » Xəbərlər

Yeni ikimetallı paslanmayan polad pərçimlər
09.10.2018

Xəbərlər

Selçuk Ergün, Satış və tətbiq üzrə mütəxəssis

Türkiyənin “SFS intec Turkey” şirkəti “SIX” İsveçrə Fond Birjasına “SFSN” adı ilə daxil edilmiş “SFS intec” şirkətlər qrupuna məxsusdur. “SFS intec” şirkətlər qrupu 1928-ci ildə təsis edilmiş zavodu ilə mexaniki pərçimləmə (bərkitmə) sistemləri və dəqiq formalı komponentlər üzrə dünya bazarında liderdir. “SFS intec Turkey” şirkəti Türkiyədə özüdələn və özükəsən vintlərin hazırlanması sahəsində ixtisaslaşmış ilk və unikal istehsalçı olması ilə qürur duyur. Şirkət dam örtükləri, üzlük və fasad tətbiqləri üçün ideal olan geniş məhsul çeşidi ilə 1997-ci ildən fəaliyyət göstərir.

Biz bu sərgidə şirkətin yeni məhsulunu – ikimetallı paslanmayan polad pərçimləri təqdim edəcəyik. Kompozit panelləri polad tirlərə bərkitmək üçün şirkətin “SXC14-5.5” məhsul silsiləsi uzun illərdir ki, mövcuddur. Son illərdə bazar dəyişib və biz aşağıdakı təmayüllər ilə üzləşməli oluruq: 


· polad (metal) tirlərin qırılma əleyhinə müqavimətinin artırılması
· polad (metal) tirlərin sıxlığının artırılması
· polad (metal) tirlərin aşırımının artırılması
· gizli sabit kompozit panellərdən istifadənin artması 

Polad (metal) tirlərin qırılma əleyhinə müqavimətinin və sıxlığının artırılması pərçimin dəlmə gücünün artırılmasını tələb edir. Buna görə də “SXC14-5.5” pərçiminin dəlmə gücü qənaətbəxş deyil.

Gizli sabit kompozit panellər üçün pərçimin dartma göstəricilərini artırmaq məqsədi ilə əvvəlcədən açılmış dəlikli yükdaşıyıcı lövhələrdən tez-tez istifadə olunur. “SXC14-5.5” pərçiminin dayaq yivi əvvəlcədən açılmış dəliklərdən böyükdür və bu da quraşdırma zamanı problemlərə səbəb olur.

Görünən sabit kompozit panellər üçün xarakterik olan “SXC14-5.5” pərçiminin dartma göstəriciləri kompozit panellərin üst qatı 0.63 mm-dən nazik olduqda xüsusən mühümdür.

Bazardakı təmayüllərə əsasən deyə bilərik ki, artan texniki tələblərə cavab verən yeni pərçimə ehtiyac var.

Biz sərgidə konstruktorlar (KON), montajçılar, tikinti sahələrinin rəhbərləri, dizayner / son istifadəçilər, bina sahibləri, memarlar, dizaynerlər, statik mühəndislər və konstruksiya detallarının ilkin avadanlıq istehsalçıları (İAİ) ilə danışıqlar aparmaq istərdik.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar