EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - İnşaat texnologiyaları aləminin fantastika və reallığı
Media мərkəz » Xəbərlər

İnşaat texnologiyaları aləminin fantastika və reallığı
11.09.2018

Xəbərlər

24-cü Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild Azerbaijan 2018”) sərgisi memarlıq və inşaat, layihələndirmə və təmir sahələrində əldə edilmiş ən yaxşı nailiyyətləri və perspektiv layihələri bir araya gətirir. Sərgidə dünyanın 20 ölkəsini təmsil edən yüzlərlə şirkət öz ekspozisiyasını təqdim edəcək.

Çağda dövrümüzdə inşaat sahəsində fəal şəkildə innovasiyalar tətbiq edilir. Bu sahədə texnologiyaların inkişaf təmayülləri yaxın gələcəkdə insanların bina tikmək üçün faydalı üsullar öyrənəcəyi və həmin binaların indiki evlərdən çox etibarlı olacağı ilə bağlıdır. “3D” çap, modul tipli inşaat, özünü bərpa edən materiallar və s. texnologiyalar sürətlə inkişaf edir və biz artıq deyə bilərik ki, hazırda inşaat sektoru texnoloji tərəqqi dövrünü yaşayır. “BakuBuild Azerbaijan” sərgisində keçirilən təqdimatlarda bütün bu təmayüllər yaxşı izlənilir.

23-26 oktyabr tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş ən irimiqyaslı tədbir - 24-cü Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild Azerbaijan 2018” sərgisi öz işinə başlayacaq və beləliklə də, Xəzər İnşaat Həftəsinə start verəcəkdir. Müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “BakuBuild Azerbaijan” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.

“BakuBuild Azerbaijan” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  tərəfindən dəstəklənir.

Bu il sərgidə 300-dən artıq şirkətlərin iştirakı gözlənilir. “BakuBuild Azerbaijan 2018” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər. “BakuBuild Azerbaijan 2018” sərgisinin qeydiyyat sponsoru “Corella” markasıdır (“NB Group” şirkəti).

Builki sərginin fərqləndirici cəhəti Təşkilatçılar tərəfindən planlaşdırılmış fəal işgüzar proqram olacaq. Belə ki, 24 oktyabr tarixində sərginin xarici iştirakçıları ilə yerli distribyutorlər arasında “B2B” formatlı görüşlərin keçirilməsi planlaşdırılır. “B2B” formatlı görüşlər Bakı Ekspo Mərkəzində keçiriləcək və inşaat bazarının iştirakçıları arasında birbaşa görüş və danışıqların aparılması üçün əlavə səmərəli işgüzar platformaya çevriləcəkdir.

 “BakuBuild Azerbaijan” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli kanallardan biridir. Bu baxımdan, 2018-ci il də istisna olmayacaq, belə ki, “BakuBuild Azerbaijan 2018” sərgi fasad örtükləri, tikinti və üzlük materialları, qapı və pəncərələr, lak-boya məhsulları, inşaat kimyası, tikinti materialları və digər məhsul və xidmətləri təqdim edəcək. 

Beləliklə, sərginin keçirildiyi 4 gün ərzində on minlərlə peşəkar tikinti sənayesi üzrə innovasiyalar ilə tanış olmaqla yanaşı, aparıcı istehsalçı və distribütorlar ilə əlaqə yaratmaq və ən yeni texnologiyaları Azərbaycanın sürətlə inkişaf edən tikinti sənayesinə tətbiq etmək üçün unikal imkan əldə edəcəklər. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group Plc” şirkəti çıxış edir. Sərginin uğuru “ITE Group Plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsinin kollektiv fəaliyyəti nəticəsində təmin olunur. Onların arasında “ITE London”, “EUF” (Türkiyə), “ITE Germany” (Almaniya), “Caspian Event Management FZ-LLC” (BƏƏ), “Invernizzi Group” (İtaliya), “Beijing Vista International Exhibition Co.,ltd” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri var.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar