EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - WorldBuild Baku 2017: Tikinti Sənayesinin Məhsuldar Imici
Media мərkəz » Xəbərlər

WorldBuild Baku 2017: Tikinti Sənayesinin Məhsuldar Imici
21.10.2017

Xəbərlər

21 oktyabr tarixində “Xəzər İnşaat Həftəsi” Bakı Ekspo Mərkəzində öz işini yekunlaşdırdı. Xəzər regionun tikinti sahəsində ən böyük tədbiri üç sərgini: Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku”, 10-cu Yubiley Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Aquatherm Baku 2017 və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Securika Caspian  2017 bir araya gətirdi. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.

Bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 28 ölkəsindən 310 şirkət iştirak edir. “WorldBuild Baku” sərgisinin xüsusiyyətlərindən biri də kollektiv milli stendlərin fəal iştirakıdır. Almaniya, BƏƏ, İran  və Polşa öz milli stendləri ilə çıxış ediblər. Türkiyə, Çin, Rusiya və Çexiya istehsalçıları tədbirdə geniş tərkibdə iştirak ediblər. 

Builki sərgilərin fərqli cəhəti Təşkilatçılar tərəfindən planlaşdırılmış fəal və zəngin  işgüzar proqramı idi. Belarus, İtaliya, Körfəz ölkələri və ABŞ-dan olan sahibkarların sərgisi üzrə biznes-turları böyük maraq doğurdu. Oktyabr ayının 20-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Memarlıq və İnşaat Universitetindən olan nümayəndələrin iştirakı ilə xüsusi VIP-tur da keçirildi. Xarici sərgi iştirakçıları və yerli distribyutorlar arasında “B2B” formatlı görüşlərinin keçirilməsi peşəkarların diqqətini çəkdi. Beləliklə, bu tədbir tikinti bazarının iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün səmərəli biznes platformasına çevrildi.

Azərbaycan Memarlar İttifaqı ilə əməkdaşlıq çərçivəsində keçirilən vorkşopda gənc layihəçilər fəal iştirak edirdilər. Daha sonra təşkil olunan müsabiqədə isə bu gənc layihəçilər sərgidə nümayiş etdirilən tikinti materiallarından istifadə etməklə, iki gün ərzində layihələr hazırlayırdılar. Sonda isə qaliblər birbaşa sərgidəcə mükafatlandırıldılar!

“Aquatherm Baku 2017” sərgisi bu il dünyanın 13 ölkəsini, o cümlədən Azərbaycandan, Çindən, Fransadan, İrandan, İtaliyadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən şirkətləri bir araya gətirəcək təmsil edən 66 şirkəti bir araya toplayıb. İştirakçı şirkərlər sərgidə ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar,  boru armaturları, istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları və bir çox digər məhsul təqdim olunacaq. Sərgidə müxtəlif istehsalçıların həm məişət, həm də sənaye təyinatlı kondisionerləri nümayiş etdiriblər.

Regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan “Securika Caspian 2017” sərgisinin iştirakçıları, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan və digər ölkələrin nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları, qəza-xilasetmə texnikası, smart kartlar, girişə nəzarət sistemi, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim ediblər.

Qeyd edək ki, “Xəzər İnşaat Həftəsi”nin keçirildiyi  müddətdə iştirakçıların 70% -dən çoxu 2018-ci ildə də Təşkilatçılarla əməkdaşlıq etmək arzusunda olduqlarını bildirdilər.

Təşkilatçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Memarlar İttifaqına, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) sərgilərə göstərdikləri dəstəyə görə öz minnətdarlıqlarını bildirdilər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar