EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Uğurlu əməkdaşlıq perspektivləri
Media мərkəz » Xəbərlər

Uğurlu əməkdaşlıq perspektivləri
20.10.2017

Xəbərlər

İqor Romanov, “BKT” şirkətinin (Minsk, Belarus) satış xidmətinin aparıcı mütəxəssisi

– Biz ictimai binalar və böyük konstruksiyalar üçün qapı bloklarının istehsalı sahəsində ixtisaslaşmış şirkətlər qrupunu təqdim edirik. Müxtəlif dizaynlarda (metal qutu və laminat üzlüklü və ya polad blokları olan kombinasiya edilmiş qapı blokları) olan məhsullar vahid dizaynerin həll variantı əsasında hazırlanır. Stendimizdə qapı bloklarının mini nümunələri nümayiş etdiririk: 30 dəqiqə yanğına davamlı, adi daxili, böyük sahəsi olan polad qapı bloku.

Biz əvvəllər də Azərbaycan bazarında işləmişik. Qapılarımızın quraşdırıldığı bir neçə obyekt mövcuddur. Bu gün biz bazarda möhkəmlənmək istəyirik, çünki bu bazar müəssisəmiz üçün ciddi maraq doğurur, müvafiq olaraq əməkdaşlıq üçün şirkətlərin axtarışındayıq. Bunlar idman obyektləri, tibbi, nəqliyyat, inzibati binaları inşa edən şirkətlər ola bilər.

İş təcrübəmiz zəngin olub və Uzaq Şərq kosmodromundan 2014-cü ildə Soçidə Dünya Çempionatına və Domodedovo və Sheremetyevo hava limanlarına  qədər böyük obyektləri əhatə edir.

“WorldBuild Baku 2017” sərgisində məhsullarımıza kifayət qədər böyük maraq müşahidə edirik. Biz burada artıq “BKT” brendi ilə tanış olan təşkilatlarla görüşdük və əməkdaşlığı davam etdirmək və sifarişlər almaq üçün perspektiv imkanlarımız var. Ümumiyyətlə, biz sərgidən razıyıq, iştirak səviyyəsini və yaxşı təşkilati işlərini yüksək qiymətləndiririk.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar