EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Müasir şüşə istehsalı aləmi
Media мərkəz » Xəbərlər

Müasir şüşə istehsalı aləmi
20.10.2017

Xəbərlər

Rəna Qafarova, “Karvan Glass” şirkətinin İcraçı direktoru

Bizim fəaliyyətimiz 1993-cü ildə boya məhsullarının kiçik istehsalından başlamışdır. Bu gün kimya, tikinti, emal istehsalı, maşınqayırma və kənd təsərrüfatı müəssisələri ilə təmsil olunan bu çox profilli təşkilat sərgidə ziyarətçiləri bir çox məhsul növləri ilə tanış edəcək. 2008-ci ildə biz şüşənin metal konstruksiyası və emalı üzrə “KarvanGlass” zavodunu inşa etdik. “WorldBuild Baku” sərgisində məhz bu fəaliyyət sahəsinə diqqət ayrıldı və buna görə də, hətta stendin konstruksiyası da tamamilə şüşə istehsalının bütün elementlərindən ibarətdir. Müasir avadanlıqlar və yüksək səviyyəli mütəxəssislər bizə geniş çeşidli şüşə məhsullarını təklif etməyə imkan verir: tonlaşdırılmış təbəqə şüşə, şüşə sifarişi, şüşədən mebellər, nərdivanlar, fasadlar, liftlər, istənilən qapılar, döşəmələr, arakəsmələr və s.

Zəngin çeşidli məhsullar, göstərilən xidmətlərin geniş spektri və müasir istehsal yerinə yetirilən layihələrin keyfiyyətinə və sürətinə təsir göstərir. Biz etibarlı tərəfdaşıq, şirkətin hesabında nəinki Azərbaycan, həm də digər ölkələrdə 50-dən artıq iri memarlıq tikintiləri var. İndi biz yeni “Fish” (“Balıq") unikal layihəsinə başlamışıq. Bir aydan sonra biz bütün Cənubi Qafqazda ilk dəfə keramik örtük materiallarının istehsalına başlayacağıq və bunun üçün əsas xammalı da məhz Azərbaycanda tapmışıq. 



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar