EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

20 - 22 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Videoqalereya

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı
BakuBuild - Biz həmişə perspektiv əməkdaşlığa hazırıq!
Media мərkəz » Xəbərlər

Biz həmişə perspektiv əməkdaşlığa hazırıq!
20.10.2017

Xəbərlər

Barbaros Kara, “Pakpen” (Türkiyə) şirkətinin MDB ölkələrində satış üzrə meneceri

- Şirkətimiz Azərbaycanda keçirilən “İnşaat” sərgisinin daimi iştirakçısıdır. “Pakpen” şirkəti Türkiyədə ən böyük tikinti materialları istehsalçılarından biridir. Bizim stenddə “PVC” profilləri, polietilen polipropilen boruları, kanalizasiya üçün büzməli borular təklif edilir. Biz həmçinin daxili qapılar və “saydinq” üzlük materiallarını istehsal edirik.

Biz Azərbaycan bazarında artıq təxminən 10 ildir ki, fəaliyyət göstəririk. Sərgidə iştirak etməkdə əsas məqsədimiz “Pakpen” şirkətinin məhsullarını geniş auditoriyaya təqdim etmək, şirkətin Azərbaycan bazarında fəal mövqe tutduğunu bildirmək arzusudur. Biz daimi müştərilərə qayğı göstəririk və yeni perspektiv əməkdaşlığa həmişə hazırıq. Şirkətin nailiyyətlərini nümayiş etdirmək, eləcə də məhsulların uğurlu satışını həyata keçirmək üçün effektiv modellərdən biri də sərgidə həyata keçirilən təşviqat işidir. Tamamilə aydındır ki, müştərilər hər hansı məhsulu almazdan əvvəl, onu nəzərdən keçirmək və onunla daha yaxından tanış olmaq istəyirlər. Biz sərgi sayəsində öz imkanlarımızı uğurla nümayiş etdiririk.

Biz memarlıq şirkətlərini, tikinti təşkilatlarının nümayəndələri, podratçı şirkətləri, habelə tikinti və təmir üçün keyfiyyətli materiallarla maraqlanan sıravi istehlakçıları stendimizə dəvət edirik.



2021 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar