EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

20 - 22 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Videoqalereya

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı
BakuBuild - Cənubi Qafqazda ən böyük kimyəvi zavod
Media мərkəz » Xəbərlər

Cənubi Qafqazda ən böyük kimyəvi zavod
19.10.2017

Xəbərlər

Mahir Quliyev, “NB Group” şirkətinin marketinq üzrə direktoru

– Bizim müəssisə 2004-cü ildən bəri fəaliyyət göstərir və təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda ən böyük kimyəvi zavoddur. Biz on üç il ərzində əhəmiyyətli uğurlar əldə etmiş və ölkənin kimya sənayesində layiqli yer tutmuşuq.

Biz bu gün stendimizdə təqdim edilən tikinti və sənaye boyaları, quru qarışıqlar, yuyucu və təmizləyici vasitələr, boyalar və xammallar üçün müxtəlif qablar istehsal edirik. İstehsalın geniş spektri istehlakçı sayını durmadan artırır. Məhsullarımız müasir avadanlıqla təchiz olunmuş laboratoriyada bütün beynəlxalq standartlara uyğun şəkildə sınaqdan keçirilir.

Biz artıq on ildir ki, “WorldBuild Baku” sərgisində iştirak edirik. Bu, bizə yeni əlaqələr qurmağa və uzun illər əməkdaşlıq etdiyimiz tərəfdaşları tapmağa kömək edir. Bu gün biz məhsullarımızı Rusiya, Gürcüstan və Küveytə ixrac edirik. Şirkət tez-tez böyük layihələr üzrə tenderlərdə iştirak edir və bu tender müsabiqələrində qalib gəlir. Buna misal olaraq tikintisində zavodumuzun məhsullarından istifadə edilmiş İslam oyunları üçün əsaslı tikinti işləri, “Kristal Zal” və “SOCAR” (ARDNŞ) şirkətinin bəzi layihələrini qeyd etmək olar.



2021 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar