EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Odadavamlı və sukeçirməz MDF panelləri
Media мərkəz » Xəbərlər

Odadavamlı və sukeçirməz MDF panelləri
19.10.2017

Xəbərlər

Ehsan Sareban, “Premium Bondun” (İran) şirkətində ixrac məsələləri üzrə menecer

–  Biz sərgidə ilk dəfə iştirak edirik və stendimizdə alüminium kompozit panelləri (alapon) və MDF-dən hazırlanmış məhsulları, həmçinin onlardan yaranmış müxtəlif məhsulları təqdim edirik. Məhsullarımızın xüsusiyyətləri ondan ibarətdir ki, onlar odadavamlı materiallardan hazırlanmışdır, nəmişliyə, günəş şüalarına və şaxtaya davamlıdır. Beləliklə, biz Mərkəzi Asiya regionunda ilk dəfə olaraq MDF panellərinin istehsalına başlamışıq. Bunu qeyd etmək vacibdir ki, bizim yüngül və davamlı MDF panellərimiz (nisbi qalınlıqlı ağac lifləri, nisbi sıxlığa malik fibrolit, MDF) təbii ağacdan olan taxta ilə örtülmüşdür və artıq qeyd etdiyim kimi, onlar oda davamlıdır və su keçirmir.

Bakıda bizim öz nümayəndəliyimiz var. Bu sərgidə biz “Premium Bond” məhsullarını təqdim etmək və Azərbaycandan olan tərəfdaşlarla işgüzar əlaqələr qurmaq istəyirik, çünki ölkələrimiz arasında yaxşı qonşuluq münasibətləri vardır. Biz tikinti şirkətlərinin, dizayn bürolarının və digər maraqlanan təşkilatların nümayəndələri ilə stendimizdə işgüzar görüşlərin keçirilməsindən məmnunluq hissi duyuruq. Bizimlə iş birliyinin üstünlüyü ondan ibarətdir ki, ölkələrimiz arasında məsafələr böyük deyil və bu, zəmanətli xidmətin maddi-texniki təminatı və əlçatanlığı baxımından sərfəlidir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar