EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “WorldBuild Baku 2017”: İnşaat sənayesinin ən yaxşı brendləri
Media мərkəz » Xəbərlər

“WorldBuild Baku 2017”: İnşaat sənayesinin ən yaxşı brendləri
18.10.2017

Xəbərlər

18 oktyabr tarixində “Xəzər İnşaat Həftəsi” Bakı Ekspo Mərkəzində öz işinə başlayıb. Regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbiri - “Xəzər İnşaat Həftəsi” çərçivəsində üç sərgi - Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku”, 10-cu Yubiley Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Aquatherm Baku 2017 və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Securika Caspian  2017 təşkil olunub. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group Plc” şirkəti çıxış edir.

“WorldBuild Baku 2017” sərgisinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, sərgi ölkənin tikinti sənayesinin inkişafının mühüm əlamətlərini əks etdirir. Sərgi Azərbaycan iqtisadiyyatının diversifikasiyasını, milli məhsulların rəqabət qabiliyyətinin artırılmasını və əhalinin iş yerləri ilə təmin edilməsini açıq şəkildə nümayiş etdirir - bu gün ölkəmiz tikinti materiallarına olan daxili tələbatı demək olar ki, tam təmin edir. “WorldBuild Baku” sərgisi sayəsində yerli şirkətlərlə işgüzar əməkdaşlıq qurmaq istəyən xarici investor və istehsalçıların Azərbaycana marağı artır.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Sadiq Sadıqov iştirakçıların coğrafiyasını genişləndirdiyini və dörd milli stendin sərgidə aktual iştirakını qeyd etdi. İqtisadiyyatın inkişafında tikinti sektoru mühüm rol oynayır və dövlət bu sahəyə diqqət göstərir. Tikinti sektorunda 100 min nəfər insan çalışır. Ötən il 15 min mənzil və 12 min fərdi ev tikilərək istifadəyə verilib. S. Sadıqovun sözlərinə görə, sərginin keçirilməsi bu nailiyyətləri müvəffəqiyyətlə əks etdirir və 2016-cı ildə yaradılan Agentlik “WorldBuild Baku” sərgisinin təşkilatçıları ilə sıx əməkdaşlıq etməyə başlayıb.

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov bildirib ki, Azərbaycanda tikinti bumu bu gün uğurla dünya bazarına çıxmış yerli şirkətlərin inkişafına kömək edib. Sərgi qeyri-neft sənayesində ölkə iqtisadiyyatına müsbət təsir göstərən tikinti sənayesinin mötəbər nüfuzunu formalaşdırır.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə bildirib ki, hər hansı inkişaf edən cəmiyyətin əsasını şəhərsalmanın inkişafı baxımından böyük məsuliyyətə malik olan memarların peşəkarlığından çox asılı olan fəal tikinti işləri təşkil edir. Tikinti sektorunu hər cür dəstəkləmək lazım olduğunu qeyd edən natiq öz fikrini yekunlaşdırıb və sərginin iştirakçı və qonaqlarına uğurlar arzulayıb.

“ITE Group Plc” şirkətinin regional direktoru cənab Edvard Stroon toplaşanları Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə təbrik edərək bildirib ki, bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 28 ölkəsindən 310 şirkət iştirak edir. Cənab Stroon göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) öz təşəkkürünü bildirib.

Bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 28 ölkəsindən 310 şirkət iştirak edir. Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku” sərgisinin iştirakçılarının 30%-ni yeni şirkətlər təşkil edir. Sevindirici haldır ki, sərgi iştirakçılarının 40%-i də Azərbaycanın şirkətlərindən ibarətdir və bura inşaat sahəsində fəaliyyət göstərən istehsalçı, distribyutor və şirkətlər daxildir. “Made in Azerbaijan” brendi altında istehsal olunam yerli məhsullar xarici eksponentlər üçün ciddi rəqabət təşkil edir. “WorldBuild Baku” sərgisinin xüsusiyyətlərindən biri də kollektiv milli stendlərin fəal iştirakıdır. Ənənəvi olaraq, Almaniya, BƏƏ, İran öz milli pavilyonlarını təqdim edir, həmçinin milli stendi ilə Polşada çıxış edir. Türkiyə, Çin, Rusiya və Çexiya istehsalçıları tədbirdə geniş tərkibdə iştirak edir.

Sərgi bu il inşaat materialları, keramika, üzlük daşlar, mərmər, qapı-pəncərə, interyer məhsullarının geniş çeşidini əhatə edir. Lak-boya sektoru isə həm yerli, həm də xarici şirkətlər tərəfindən geniş şəkildə təqdim ediləcək. Sərgidə otaq və giriş qapılarının, eləcə də bağ evləri və ofislər üçün metal və avtomatik açılıb-bağlanan qapıların geniş çeşidi ilə tanış olmaq mümkündür. Ənənəvi olaraq, sərgidə dam materialları və taxta emalı məmulatları geniş təqdim edilir.

Bu il təqdim edilən yeni məhsullar arasında yüksək işıq axınına malik olan və enerjiyə qənaət edən fitinqlər (“(Lena Lighting”), tikintidə tətbiq üçün nəzərdə tutulmuş ballistik sipərlər (“Amii”), kondensatorlu qazanlar (“ECOSTAR BURNERS”), içməli suyun molekulyar filtrasiyası üçün kompakt sistemlər (“Bluefilters Graphite New Line”) və bir sıra digər məhsullar yer alır.  

“Aquatherm Baku 2017” sərgisi bu il dünyanın 13 ölkəsini, o cümlədən Azərbaycandan, Çindən, Fransadan, İrandan, İtaliyadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən şirkətləri bir araya gətirəcək təmsil edən 66 şirkəti bir araya toplayıb. Sərgi iştirakçıları arasında Euroclima, Yusiko, BestTechniK, Azertexnolayn, Alarko Carrier Sanayi ve Ticaret, Aldaq, Egeplast Ege Plastik, Polimart, Termo ISI, Turan Makinе, Ultratek, Sumqayıt Texnologiyalar Parkı (STP), Kaskad – Hidro, Yetsan Pazarlama Isi Sistemleri, UPONOR kimi şirkətlər yer alır. Builki sərginin debütantları arasında isə “Sabkond” (Azərbaycan), “Termoklimat” (Azərbaycan), “Frisquet” (Fransa), “Daboo Sanat” (İran), “Rubinetteria Paffoni” (İtalia), “Coolex” (Küveyt), UPONOR (Finlandiya)  və s. yeni şirkətlər var.

“Aquatherm Baku 2017” iştirakçıları sərgidə ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar,  boru armaturları, istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları və bir çox digər məhsul təqdim olunacaq. Sərgidə müxtəlif istehsalçıların həm məişət, həm də sənaye təyinatlı kondisionerləri nümayiş etdiriləcək. Builki sərginin yenilikləri arasında isə qapalı sahələrdə mikroiqlimin (məsafədən) idarə edilməsi üzrə İT texnologiyalarını qeyd etmək olar. Sərgidə iştirak edən brendlər arasında “Arcelik”, “Alarko”, “AUX”, “Ecostar”, “Gree” “Immergas”, “Mitsubishi”, “Sime” və UPONOR kimi özünü doğrultmuş ticarət markaları var. 

 

Regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian 2017” sərgisində iştirakçılar biznesin gələcək inkişafı naminə sahə mütəxəssisləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün unikal imkan əldə edirlər. Sərgi həm də bu sahənin inkişafı və mühüm strateji razılaşmaların əldə olunması üçün lazımı şərait yaradır. Bu il “Securika Caspian 2017” sərgisinin iştirakçıları, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan və digər ölkələrin nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları, qəza-xilasetmə texnikası, smart kartlar, girişə nəzarət sistemi, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim edirlər. 

Ənənəvi olaraq, bu il də sərgini zəngin işgüzar proqram müşayiət edir və bu proqram çərçivəsində təqdimat, seminar və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. “Xəzər İnşaat Həftəsi” çərçivəsində isə xüsusi “VIP” tur, sərginin xarici iştirakçıları ilə yerli distribyutorlar arasında “B2B” formatlı görüşlər, eləcə də Azərbaycan Memarlar İttifaqı ilə birlikdə gənc layihəçilər üçün seminar və Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunacaqdır.

“WorldBuild Baku” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  tərəfindən dəstəklənir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar