EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “Ağıllı” pəncərə və qapıların sirri
Media мərkəz » Xəbərlər

“Ağıllı” pəncərə və qapıların sirri
18.10.2017

Xəbərlər

Turan Gibləliyeva, “AGZ” şirkətinin direktor köməkçisi

- Bizim şirkət hələ çox gəncdir və avtomatlaşdırılmış plastik-alüminium pəncərə və qapıları təmin edən məşhur “Ceze” (Almaniya) şirkətinin təmsilçisidir. Biz Bakıda həmin məhsulları özümüz istehsal edir və quraşdırırıq. Məhsullarımızın çeşidi olduqca genişdir, lakin bu gün stendimizdə bazarda ən böyük tələbat doğuran məhsullarımızın yalnız bir hissəsini nümayiş etdiririk. Bunlar datçiklərlə idarə olunan, qapı bağlayıcıları, pultlu və datçikli (sensorlu) qapılardır. Burada hava şəraitinə görə tənzimləyici kimi əlavə funksiyaların mümkün olduğu pultlu pəncərə də təqdim edilir (yəni pəncərə havanın soyuq və ya isti olmasından asılı olaraq avtomatik olaraq açılır və ya bağlanır).

Biz öz ofisimizdə bir çox funksiyaları nümayiş etdirmək üçün mini-sərgi salonu yaratmışıq. Biz müştərilərin istənilən texniki istəklərini yerinə yetiririk və şirkətlərə yanaşı, xüsusi (özəl) müştərilərlə də əməkdaşlıq edirik. Uşaqların olduğu mənzillərdə qapılar üçün tələb lazımlı funksiyalardan biri də qapıların çırpılmamağı və korlanmamağıdır. Biz “WorldBuild Baku” sərgisində debüt edirik. Məqsədimiz məhsullarımızı nümayiş etdirmək, onlar barədə məlumat vermək və yeni tərəfdaş və müştərilər tapmaqdır. Ümidvarıq ki, bu tədbir bizim üçün olduqca səmərəli keçəcək.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar