EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Qarışdırıcı avadanlıq istehsalında lider
Media мərkəz » Xəbərlər

Qarışdırıcı avadanlıq istehsalında lider
18.10.2017

Xəbərlər

Yuriy Qebel, “Teka Maschien” şirkətinin regional meneceri

– Şirkətimiz 60-cı illərdən bəri tanınır və qarışdırıcı avadanlıq istehsalında liderdir. Bizim şirkət MDB bazarında geniş təmsil olunur. Azərbaycanda ilk dəfədir ki, şirkətimizi təqdim edirik və müsbət nəticələrə çox ümid bəsləyirik. Şirkətimiz tərəfindən istehsal edilən əsas məhsul üç növ qarışdırıcıdır. Bunlar “THZ” markalı həlqəvi, nimçəvarı qarışdırıcılar, “TPZ” markalı axın əleyhinə qarışdırıcılar və “TDZ” markalı ikivallı qarışdırıcılardır. Əminəm ki, ziyarətçilər bu məhsulları layiqincə qiymətləndirəcəklər.

“TEKA” şirkəti yeni və qeyri-standart xüsusi qarışdırıcı qurğuların tikintisi, eləcə də mövcud istehsalat obyektlərin yenidənqurma işləri və modernləşdirilməsi sahəsində yüksək texniki potensiala malikdir. Biz Rusiya, Qazaxıstan, Belarus, Ukraynada etibarlılıq, davamlılıq və münasib qiymətə xüsusi önəm verərək bir çox zavodun yenidən qurma işlərini həyata keçirmişik. Ümumiyyətlə, bütün dünyada minlərlə zavod bizim avadanlıqlar ilə təchiz edilib və düşünürük ki, Azərbaycan da onların sırasına daxil olacaq. Onların əksəriyyəti tamamilə işləməyən müəssisələr olub. Bütün dünyadakı şüşə zavodlarının 90%-i bizim qarışdırıcılar ilə təchiz edilmişdir. Bizim yüksəkixtisaslı kadrlar hər sifarişçiyə və layihəyə fərdi yanaşır, bütün texniki tələbləri yerinə yetirir və bununla yanaşı, mütləq cari layihənin bütün aspektləri üzrə məsləhətlər verirlər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar