![]() |
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ![]() ![]() |
17 oktyabr 2017-ci il tarixində, saat 12:00-da Park Inn otelinin «Nəsimi» zalında, 23-cü Azərbaycan Beynəlxalq İnşaat, 10-cu Yubiley Beynəlxalq İstlik, Havalandirma və Kondisiyalaşdirma Sistemləri, Su Təchizati, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyalari, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgilərinin mətbuat konfransı keçirildi.
Mətbuat konfransında Anar Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri, Edvard Stroon – “İTE Group” şirkətinin regional direktoru, Maya Qafarlı – “WorldBuild Baku” sərgisinin meneceri və Rəşad Qədimov – “Aquatherm Baku” və “Securika Caspian” sərgilərinin meneceri çıxış ediblər.
Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 20-dən artıq KİV nümayəndələri iştirak etmişdi, onların arasında AzTv, APA, Azertag, CBC, ITV, Interfax, Vestnik Kavkaza, Report, TREND və s.