EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi
21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Sərgi qəzeti

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

İştirakçıların siyahısı
BakuBuild - “Xəzər İnşaat Həftəsi 2016”
Media мərkəz » Mətbuat açıqlaması

“Xəzər İnşaat Həftəsi 2016”
08.12.2016

Mətbuat açıqlaması

“XƏZƏR İNŞAAT HƏFTƏSİ  2016

19-22 oktyabr tarixində Xəzər regionunun inşaat sahəsi üzrə ən böyük tədbiri – 22-ci Azərbaycan Beynəlxalq “İnşaat” “BakuBuild 2016” sərgisi keçirildi. Sərgi keçirildiyi 20 il ərzində həm yerli, həm də xarici istehsalçılar üçün inşaat bazarında oriyentirə, sənayenin bir sıra bugünkü liderləri üçün isə başlanğıc nöqtəsinə çevrilmişdir. “BakuBuild” sərgisi ilə paralel 9-cu Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” “AquaTherm Baku 2016” və 9-cu Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” “Securika Caspian 2016” sərgiləri də keçirilirdi.

“BakuBuild 2016” sərgisinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində prioritet məsələyə çevrilmişdir. Bu artım çərçivəsində yerli müəssisələr rəqabət qabiliyyətli məhsulların buraxılmasını təmin edir. Hazırkı sərgi isə müasir istehsalın inkişafının əyani göstəricisidir.

Fövqəladə Hallar Nazirliyi (FHN) nəzdində İnşaat işlərinin təhlükəsizliyinə nəzarət üzrə Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Azərbaycanın inşaat sənayesində böyük miqyaslı dəyişikliklərin perspektivini vurğuladı. Bu, ən müxtəlif ölkələrdən olan bir çox mütəxəssisin və hər şeydən əvvəl, artıq iyirmi ildən çoxdur ki, BakuBuild” sərgisini inşaat və memarlıq, layihələndirmə və təmir sahəsində ən mühüm ixtisaslaşdırılmış tədbir hesab edən və bu layihənin daimi iştirakçısına çevrilən insanların səbirsizliklə gözlədiyi bir tədbirdir.

 

Bu il “BakuBuild” sərgisində dünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edib və üç ölkə - İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunub. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak ediblər. Tikinti sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distribyutor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 50%-ni təşkil edib və bu da çox sevindirici haldır. BakuBuild 2016 sərgisinin sponsoru qismində Corella markası (NB Group şirkəti) və Akkord Cement şirkəti, informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) çıxış edib.

Ənənəvi olaraq, “BakuBuild 2016” sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunub.

“MEBEL” SEKTORU

Builki sərginin fərqləndirici cəhəti Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələri təmsil edən mebel şirkətlərinin fəal iştirakı olub. Bu şirkətlər sərgidə elit mebellərin geniş çeşidini nümayiş etdiriblər.

 

YENİLİKLƏR

“BakuBuild” sərgisi inşaat sahəsində innovativ məhsul və xidmətlərin ölkə bazarına daxil olması üçün istifadə olunan daimi kanallardan biridir. Azərbaycanda keçirilən bu sərginin iştirakçıları Bakıya həmişə eksklüziv məhsullar gətirməyə çalışır və bu məhsullar daha sonra sifarişçilərə, eləcə də digər ölkələrə çatdırılır. Bu baxımdan, “BakuBuild 2016” sərgisi də istisna deyil, belə ki, bu il bir sıra şirkətlər öz stendlərində yeni məhsullar təqdim ediblər. Bu yeniliklər arasında drenaj sistemləri üçün yüksək keyfiyyətli aksessuarlar (“Yukseklik Ltd”), səthi tarım çəkilmiş ipək materialla örtülmüş “Technotouch” akustik paneli (“Aksa Akustik”), “Tecu Patina Boston” tam yeni rəngli mis dam örtükləri (“Armadil Group”), “Nordic Brass Weathered” atmosfer təsirinə məruz qalmış Skandinaviya tipli latun (“Aurubis Finland Oy”), “Swarovski” - “The One” brendinə məxsus antik üslublu qızıl örtüklər, eləcə də autentik büllurlu tutqun qara rəngli müxtəlif növ aksessuar kolleksiyası (“Emmevi Rubinetterie”), “Smile 64” brendinin birqulplu hamam qarışdırıcıları kolleksiyası (“Fir Italia”), “Klingspor” şirkətinin yeni almaz alətlər seriyası, “HS Portal” - 106-m palıd profilli siyirtmə pəncərə sistemi (“MIRT Luxury Interiors”), rulon pərdəli və ya “LED” lentli qarşılıqlı əlaqəli kompleks jalüz sistemi olan alüminium xəlitəli karniz (“Mottura”), “Natura Build” şirkətinin yeni dizaynlı lövhələri, “Versal” aksessuar kolleksiyası (“Sas Schutt Grande Forge”), “Ston” şirkəti tərəfindən ekstruziya metodunun köməyi ilə hazırlanmış “FOLLOw” keramika məhsulları və bir sıra digər məhsullar yer alıb.

WORLDBUILD Baku

“BakuBuild” sərgisinin 2017-ci ildə tətbiq ediləcək yeni adını diqqətinizə çatdırırıq: “WorldBuild Baku”. Bakı “İnşaat” sərgisi dünyada nəhəng inşaat sərgilərinin təşkilatçısı olan “ITE Build&Interiors” platformasının tərkib hissəsidir. Ad dəyişmə prosesi isə “ITE” şirkətlər qrupunun bütün dünyadakı inşaat sərgilərinin adlarının dəyişməsi ilə bağlıdır. Bu proses ziyarətçi və iştirakçılarda müvafiq təşkilatçılıq səviyyəsində olan, məsuliyyət, geniş miqyas, təqdim edilən məhsullar baxımından inşaat sərgiləri barədə vahid təsəvvürün formalaşdırılması ilə əlaqədardır.

SƏRGİNİ MÜŞAYİƏT EDƏN TƏDBİRLƏR

“BakuBuild” sərgisinin keçiril tarixdə “Four Seasons” otelində İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən xeyriyyə ziyafəti təşkil edilib və bu tədbir zamanı xüsusi hərrac təşkil olunub. Hərracdan əldə olunan bütün maddi vəsait isə xeyriyyə məqsədi ilə sərf edilib. Xeyriyyə ziyafətinin sponsorlarından biri də “BakuBuild” sərgisinin təşkilatçıları olub.

 

20 oktyabr tarixində “Fairmont Baku” otelində çoxsahəli Azərbaycan-Dubay biznes-forumu keçirilib. Bu foruma “Xəzər İnşaat Həftəsi 2016” tədbirinin iştirakçıları da qatılıb.

DƏSTƏK

“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən dəstəklənir. BakuBuild, Aquatherm Baku, Securika CIPS isə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. 2016-cı ildə Iteca Caspian şirkətinin rəsmi tərəfdaşları qismində “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti çıxış edirlər. 

TƏŞKILATÇILAR

Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir. Sərginin uğuru “ITE Group” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsinin kollektiv fəaliyyəti nəticəsində təmin olunur. Onların arasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “Invernizzi Group” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri var.

Ənənəvi olaraq, təşkilatçılar sərgidəki fəaliyyətə yaradıcı şəkildə yanaşan və öz ekspozisiyaları, eləcə də fəal işi ilə seçilən sponsor, tərəfdaş və iştirakçıları fəxri sertifikatlarla təltif etdilər.

 

Beləliklə, aşağıdakı nominasiyalar üzrə fəxri sertifikatlara bu şirkətlər layiq görüldü:

  • “Ən yaxşı korporativ üslub”  - “Gilan Construction Materials Group”
  • “Ən yaxşı stend dizaynı” – “Sobsan boya”
  • “Ən yaxşı təqdimat” – ICE
  • “Ən yaxşı standart quraşdırma” – Technonicol
  • “Müştəriləri cəlb etmək üçün ən yaxşı üsul” - SCHUTT GRANDE FORGE / FONDIS / DIROY
  • “Ən orijinal stend” - VOLMA Marketing LLC
  • “Ən çox ziyarət edilən stend” - CAST MET
  • “Ən əhatəli stend” - Baroque style
  • “Ən yaxşı debüt” - Aurubis Finland OY
  • “Ən yaxşı məhsul t təqdimatı” - Imperial ceramic centre
  • “Ən yaxşı ölkə təqdimatı” - Dubai Export
  • “Ən orijinal stend” - Timsport
  • “Ən yaxşı şirkət təqdimatı” – ABB
  • “Ən yaxşı xidmət təqdimatı” - E-MAK
  • “Uzun müddətli əməkdaşlığa görə” - Yukseklik

 

Audit şirkəti UFI – Beynəlxalq İndustriyası Assosiyasiyasının qeydlərinə əsasən bu ilki sərginin ziyarətçilərinin sayı 8931 nəfər təşkil edib və bu göstəricinin 95% inşaat sahəsinin peşəkarları təşkil edib.

 

Növbəti sərgi 18-21 oktyabr 2017-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

 

#WorldBuildBaku

 




2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar