EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Xəzər İnşaat Həftəsi çərçivəsində mühüm peşəkar tədbirlər
Media мərkəz » Xəbərlər

Xəzər İnşaat Həftəsi çərçivəsində mühüm peşəkar tədbirlər
22.10.2016

Xəbərlər

22 oktyabr Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsinin sonuncu iş günüdür. Xəzəryanı regionun inşaat sahəsi üzrə bu ən iri tədbiri sözügedən sənaye sahəsinin üç ixtisaslaşdırılmış sərgisini - 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild-2016” sərgisi, 9-cu Azərbaycan Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” sərgisi və 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik Xilasetmə vasitələriSecurika CIPS 2016” sərgisini bir araya gətirmişdir. Xəzər İnşaat Həftəsi sənayesi sahəsinin inkişafı və strateji baxımdan mühüm beynəlxalq razılaşmaların əldə olunması üçün münbit zəmin yaratmağa müvəffəq oldu.

Xəzər İnşaat Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində atılan addımlar çərçivəsində qeyri-neft sektorunun inkişafı prioritetə çevrilmişdir. Bu bəyanat kontekstində hazırkı sərgilər müasir istehsalatın inkişafına dəlalət edən əyanı sübutdur. Sərgi əsnasında məşhur mütəxəssislər və sənaye sahəsində fəaliyyət göstərən rəhbər işçilər Azərbaycanın inşaat sənayesində irimiqyaslı dəyişikliklərin perspektivliyini vurğulayırdılar. Müxtəlif ölkədən olan mütəxəssislər, xüsusən də iyirmi ildən də yuxarı müddət ərzində “BakuBuild” sərgisini tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində ən mühüm peşəkar tədbir hesab edən daimi iştirakçılar səbirsizliklə bu tədbirin yolunu gözləyirlər.

Bu il “BakuBuild” sərgisi 26 dünya ölkəsindən təqribən 300 şirkəti bir arada toplayıb. Sərgidə İtaliya, BƏƏ və İran öz milli stendləri ilə çıxış edirlər. Bir faktı da qeyd etmək lazımdır ki, bu il sərginin iş günləri Azərbaycan üçün önəmli olan tarixlə üst-üstə düşmüşdür, belə ki, məhz bu günlər ölkəmiz dövlət müstəqilliyinin bərpa olunmasının 25 illik yubileyini qeyd edir. Beləliklə, bu il sərgi iştirakçıların, eləcə də tədbirə qatılan qonaqların bayram əhval-ruhiyyəsi ilə də yadda qaldı.

Həmişə olduğu kimi, “BakuBuild” sərgisi geniş çeşidli aktual xidmət və məhsulların nümayişini təmin edir və bu, sərginin uğuruna zəmin yaradan ənənəvi amildir. Bu il də sərgi çərçivəsində bir çox məhsulların, eləcə də innovasiya və təkliflərin təqdimatı keçirildi. Təqdimatlar zamanı iştirakçı şirkətlər öz məhsulları barədə danışır, təcrübələrini bölüşür və istehsal olunan məhsulların texniki və keyfiyyət göstəriciləri ilə bağlı peşəkarları maraqlandıran suallara cavab verirdilər. Ziyarətçilərin bir çoxu dizaynerlərin məsləhətlərinə qulaq asır, məşhur tikinti şirkətlərinin nümayəndələri ilə məşvərət edirdilər. Evlərində təmir və abadlıq işləri aparanlar isə mütəxəssislərdən pulsuz məsləhətlər alırdı. Builki sərgini fərqləndirən cəhət Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələrdən məşhur mebel şirkətlərinin iştirakı oldu. Onlar öz stendlərində elitar mebel dəstlərinin geniş çeşidini təqdim edirdilər.

Bəllidir ki, sərgiyə diqqət çəkmək üçün tətbiq olunan bu yanaşma tərzi nəticə etibarı ilə sərgi ziyarətçilərinin sayına da müsbət təsir edir. Ümumilikdə, sərgi müasir şəhərsalma ilə bağlı bütün incəlikləri, eləcə də bu sahənin sirlərini xülasə şəklində diqqətə çatdırmaqla yanaşı, 21-ci əsrin rahat, rasional və ekoloji cəhətdən müstəqil yaşayış binalarının inşa konsepsiyasını müəyyənləşdirmiş oldu.

“Aquatherm Baku 2016” sərgisi Azərbaycan, Almaniya, İtaliya, Çin, Rusiya və Finlandiyadan 60 şirkəti bir arada toplayıb. Türkiyə şirkətləri sərgidə böyük qrupla iştirak edirlər. Bu ilin debütantları arasında Özbəkistan (“AKFA” şirkətlər qrupu) və Misir (“EGIC”) şirkətləri də var. Sərgidə həmçinin “Arcelik”, “BOSCH”, “Harvia”, “Immergas”, “Mitsubishi”, “E.C.A.”, “Rehau”, “Trox”, “Unipump”, “SPK” və “VENT” kimi məşhur brendlər də iştirak edir.

Ənənəvi olaraq, sərgidə sənaye sahəsinin yenilikləri də təqdim olunur. Builki sərginin innovasiyaları arasında yüksək keyfiyyətli materialdan hazırlanan “Bavlanets” sualtı vibrasiya nasosları (“UNIPUMP”, Rusiya), müxtəlif dil seçiminə malik qrafik displeyli “Enjoy” yeni divar termostatları (“Cewal S.P.A.”, İtaliya), binalar üçün mühəndis sistemlərinin layihələndirilməsi üzrə qabaqcıl proqram təminatı (“LiNear GmbH”), yüksək effektliyə malik “Ecodense” kondensasiya qazanları (“Ecostar Burners”), hündür binaların santexnika sistemlərində, eləcə də magistral boru kəmərləri və xüsusi təyinatlı obyektlərdə quraşdırılmaq üçün nəzərdə tutulmuş “Strong” kürəvarı klapanlar (“Profactor Armaturen Gmbh”), istilik sistemləri, habelə elektrik və işıq cihazlarını məsafədən (simsiz) idarəetmə sistemləri (“Watts Industries Deutschland Gmbh”) var.

Xarici tərəfdaşların saysız-hesabsız təklifləri Azərbaycan bazarına səngimək bilməyən maraqla bağlıdır və bu proses debütant iştirakçıların coğrafiyasını genişləndirir.

“Securika CIPS 2016” sərgisi regionda təhlükəsizlik üzrə ixtisaslaşdırılmış yeganə beynəlxalq tədbirdir. İctimaiyyət tərəfindən tanınmış bu işgüzar platformada sənaye biznesini inkişaf etdirmək üçün iştirakçılara peşəkar və qarşılıqlı faydalı əlaqələr yaratmaq kimi unikal imkanlar təqdim olunur. Bu il “Securika CIPS” sərgisi (rebrendinqdən sonra) yeni imiclə çıxış edir. Sərgiyə Azərbaycan, Çin, Rusiya, ABŞ və Türkiyədən 16 şirkət qatılıb. Eksponentlər sərgidə texniki təhlükəsizlik vasitələri, mühafizə-müşahidə televiziyası, qəza-xilasetmə texnikası, informasiyanı mühafizə vasitələri, smart-kartlar, eyniləşdirmə texnologiyaları, turniketlər, girişə nəzarət sistemləri və inteqrasiya olunmuş təhlükəsizlik sistemlərini nümayiş etdirirlər. “Yanğın təhlükəsizliyi” sektorunda isə mütəxəssislərin diqqətinə məşhur yanğın təhlükəsizliyi sistemləri, yanğın və təhlükəsizlik siqnalizasiyası, yanğın-texniki kameralar, datçiklər, yanğın aşkarlayıcıları, yanğınla mübarizə üzrə xüsusi təyinatlı avadanlıqları və s. təqdim olunur. Bir çox sərgi iştirakçısı bu layihənin təşkilatçıları ilə uzunmüddətli əməkdaşlıq əlaqələrin qurmaq istədiklərini ifadə edib. Beləliklə, “Securika CIPS” brendi getdikcə dünya miqyasında tanınan brendə çevrilir və bu sənaye sahəsinin məşhur şirkətlərini özünə cəlb edir.

Sərgilərin təşkilinə və hazırlıq işlərinin həyata keçirilməsinə “ITE” şirkətinin dünya üzrə bütün ofis və tərəfdaşları (“ITE” London; “EUF”, Türkiyə; “GIMA”, Almaniya; “ITE Gulf”, BƏƏ; “Invernizzi Group”, İtaliya; “ITE China”, Çin; “ITE Poland”, Polşa) cəlb olunub. Məhz bu beynəlxalq qrupun zəhməti və koordinasiyalı səyləri nəticəsində sərgilər daha maraqlı keçirilir, xarici şirkətlərin geniş auditoriyası cəlb olunur və  Azərbaycanda keçirilən sərgilər xaricdə getdikcə daha çox tanınır.

Ənənəvi olaraq, hər üç irimiqyaslı sərgi layihəsinin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group plc” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edirlər. 



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar