EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Biz Azərbaycan bazarına maraq göstəririk!
Media мərkəz » Xəbərlər

Biz Azərbaycan bazarına maraq göstəririk!
21.10.2016

Xəbərlər

Hossam A.Hafez, “Alwasail İndustrial Co.” şirkətinin BƏƏ və Omanda marketinq üzrə meneceri

– Biz Bakıda keçirilən bu sərgidə ilk dəfə iştirak edirik və şirkətimiz su təchizatı, kanalizasiya və qaz təchizatı sahəsində istifadə üçün nəzərdə tutulmuş plastik boru və aksessuarları, eləcə də suvarma sistemi üçün material və ləvazimatları təqdim edir.

“Alwasail Industrial Co.” şirkəti Yaxın Şərq regionunda bu məhsulların iri istehsalçısıdır və bizi Azərbaycan bazarında təmsil edə biləcək şirkətlərlə əməkdaşlıq etməkdə maraqlıdır. Biz məhz bu məqsədlə hazırkı sərgidə iştirak edirik. Biz inanırıq ki, Azərbaycan bazarında təklif etdiyimiz məhsullara böyük tələbat var. Biz artıq bir dəfə Azərbaycanda nəhəng layihənin reallaşdırılmasında iştirak etmişik.

Neft-qaz sənayesində, eləcə də suvarma və landşaft sektorunda fəaliyyət göstərən podratçıları öz stendimizdə görmək istərdik. Qeyd etmək istəyirəm ki, sərgi yüksək səviyyədə təşkil edilib və biz bu tədbirə böyük ümid bəsləyirik. Hazırda burada müxtəlif ölkə bazarlarını təmsil edən nəhəng şirkətlər fəaliyyət göstərir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar