EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - Yükləmə-boşaltma texnikası üzrə ən yaxşı brendlər
Media мərkəz » Xəbərlər

Yükləmə-boşaltma texnikası üzrə ən yaxşı brendlər
21.10.2016

Xəbərlər

Arzu Aslanbəyov, “Aztexnika” şirkətinin satış üzrə meneceri

– “Aztexnika” şirkəti “BakuBuild” layihəsi ilə müntəzəm şəkildə əməkdaşlıq edir. Hər il bu beynəlxalq sərgi çərçivəsində keyfiyyətli və populyar texnika təqdim etmək bizim üçün yaxşı ənənəyə çevrilib. Şirkətimiz geniş məhsul xəttinə malikdir və biz dünyanın təxminən on beş brendinin dileri qismində çıxış edirik. Bunlar müasir və tanınmış brendlərdir. “John Deere” şirkətinin kənd təsərrüfatı texnikası, “VOLVO” şirkətinin yük maşınları, Amerikanın “MACK” yük maşını brendi, Avstriyanın “PALFINGER” kran-manipulyatorları, eləcə də bu seqmentdə digər yükləmə-boşaltma texnikasını qeyd edə bilərəm. Biz sərgidə həmçinin “Total” şirkətinin yağ və sürtgü materiallarını, “SKF” diyircəkli yastıqları və digər məhsulları təqdim edirik.

Hazırda biz “BakuBuild-2016” sərgisində yüngül kommersiya maşınları seqmenti çərçivəsində tanınmış “ISUZU” məhsulunu təqdim edirik. Yeri gəlmişkən, bu yüngül özüboşaldan maşın artıq satılıb – gördüyünüz kimi, sərgi bizim üçün çox səmərəli keçir. Burada Bakı Ekspo Mərkəzinin açıq meydançasında yerli istehsal olan müasir zibilyığan maşın nümayiş olunur. Biz bu il ilk dəfə olaraq teleskopik yükləyici və səyyar beton qarışdıran maşın istehsalçısı - “DIECI” şirkətinin dileri qismində çıxış edirik. Bu brend hələ Azərbaycanda yaxşı tanınmır, lakin biz ümidvarıq ki, yaxın bir-iki il ərzində biz bu brendi geniş tanıda biləcəyik. Şirkətin nümayəndəsi də burada iştirak edir və o, mütəxəssislərlə peşəkar dialoqa hazırdır.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar