![]() |
26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ![]() ![]() |
Liliana For, “Grande forge” şirkətinin ixrac üzrə direktoru
– “Grande Forge” şirkəti obyekt və binalarda interyer və eksteryer üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli dekorativ elementlərin – pilləkən məhəccərləri, sürahi, portallar, darvaza və çəpərlərin istehsalı sahəsində ixtisaslaşıb. İstehsal prosesində döymə dəmir, çuqun, paslanmayan polad, tökmə latun kimi materiallardan istifadə edilir. Şirkət, həmçinin dəbdəbəli predmet kolleksiyasını – latun, nikel və qızıl suyuna çəkilmiş metaldan hazırlanmış, Svarovski və ya oniks və malaxit kimi qiymətli daşlarla bəzədilmiş dekor elementləri təklif edir.
Biz Bakıda keçirilən “İnşaat” sərgisində ikinci dəfədir ki, iştirak edirik. Məqsədimiz bizi yerli bazarda təmsil edə biləcək distribyutorlar tapmaqdır. Biz ötən il keçirilən sərginin gedişatında faydalı tanışlıqlar əldə etdik və öz müştəri bazamızı genişləndirdik. Lakin bizim potensial sifarişçilərimiz məhsulların istehsal ölkəsi olan Fransadan (Elzas regionu) Azərbaycana idxalı zamanı gömrük problemləri qarşılaşırlar. Buna görə də Azərbaycanda bizə Fransadakı təchizatçı ilə yerli sifarişçi arasında vasitəçi qismində çıxış edəcək nümayəndəlik tələb olunur.
Biz “BakuBuild” sərgisini yüksək təşkilatçılıq və ziyarətçilərin fəallığı baxımından bəyənirik. Bununla yanaşı, eksponentlərin arasında Avropa və ABŞ-ı təmsil edən daha çox sayda şirkətin olmasını arzu edərdik.