EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - “BakuBuild 2016” - inşaat sahəsinin peşəkarları arasında beynəlxalq dialoq
Media мərkəz » Xəbərlər

“BakuBuild 2016” - inşaat sahəsinin peşəkarları arasında beynəlxalq dialoq
19.10.2016

Xəbərlər

Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi, 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “AquathermBaku 2016” sərgisi və 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgisi öz işinə başladı. Sərgilərin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” şirkəti çıxış edirlər. Xəzəryanı regionun inşaat sahəsində ən böyük tədbiri olan bu sərgi “Xəzər İnşaat Həftəsi”nə də start verdi.

“BakuBuild 2016” sərgisinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində prioritet məsələyə çevrilmişdir. Bu artım çərçivəsində yerli müəssisələr rəqabət qabiliyyətli məhsulların buraxılmasını təmin edir. Hazırkı sərgi isə müasir istehsalın inkişafının əyani göstəricisidir.

Fövqəladə Hallar Nazirliyi (FHN) nəzdində İnşaat işlərinin təhlükəsizliyinə nəzarət üzrə Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Azərbaycanın inşaat sənayesində böyük miqyaslı dəyişikliklərin perspektivini vurğuladı. Bu, ən müxtəlif ölkələrdən olan bir çox mütəxəssisin və hər şeydən əvvəl, artıq iyirmi ildən çoxdur ki, BakuBuild” sərgisini inşaat və memarlıq, layihələndirmə və təmir sahəsində ən mühüm ixtisaslaşdırılmış tədbir hesab edən və bu layihənin daimi iştirakçısına çevrilən insanların səbirsizliklə gözlədiyi bir tədbirdir.

“ITE Group” şirkətinin icraçı direktoru cənab Edvard Stroon bildirdi ki, sərgilərdə dünyanın 26 ölkəsindən 298 şirkət iştirak edir. Sərgidə İtaliya, BƏƏ, İran öz milli pavilyonlarını təqdim edirlər. Türkiyə də bu tədbirdə böyük ekspozisiya ilə çıxış edir. Cənab E. Stroon tədbirə toplaşanları Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik etdi və bu layihə ilə fəal əməkdaşlığa görə sərginin sponsorları və tərəfdaşlarına öz minnətdarlığını bildirdi.

“BakuBuild 2016” sərgisi inşaat materiallarının, keramik məmulatların, bəzək daşlarının, mərmərin, lak-boya materiallarının, pəncərə və qapıların, interyer tərtibatının, dam və döşəmə örtüklərinin, metal və bürünc məmulatların və inşaat texnikasının bütün çeşidlərini əhatə edir. Bu ilki sərginin fərqli cəhəti Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələrdən olan və seçmə mebellərin geniş çeşidini təklif edən mebel şirkətlərinin fəal iştirakından ibarət oldu.

“AquathermBaku 2016” sərgisi ventilyasiya, kanalizasiya sistemlərini, hidrantları, boru xətti ləvazimatlarını, kombiləri, istilik sistemlərini, boruları, boru ləvazimatlarını, radiatorları, su qızdırıcı qazanları, nasosları, habelə nasos stansiyalarını, su qızdırıcı cihazları, polietilendən, polipropilenin törəmə polimerindən və PVX-dən düzəldilən borular üçün qaynaq avadanlığını, qızdırıcı qazanları və bir çox digər məhsulları geniş surətdə təqdim edir. Bu sərgidə “Arcelik”, “Harvia”, “Immergas”, “Mitsubishi”, “E.C.A.”, “Trox”, “Unipump” və “SPK” kimi brendlər də iştirak edir.

“Securika CIPS 2016” sərgisi ən yeni avadanlıq nümunələri, müasir texnologiyalar, mühafizə televiziyası, girişə nəzarət sahəsində ən yaxşı layihə təkmilləşdirmələri, qəza və xilas texnikası ilə hamının marağına səbəb olur.

Builki sərginin işgüzar proqramı seminarlar, təqdimatlar, ustad dərsləri və bazarın aparıcı oyunçularının perspektivli layihələrinin monitorinqi baxımından da səmərəlidir. Beləliklə, “BakuBuild 2016” sərgisi çoxsaylı işgüzar görüşlərə və tərəfdaşlarla ünsiyyətə, beynəlxalq miqyasda məlumat mübadiləsinə, aktual xidmətlərin geniş çeşidinə və s. zəmanət verir.

“BakuBuild 2016” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar