EN
RU
Şəxsi kabinet
26-cı Azərbaycan Beynəlxalq
İnşaat Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
bakubuild

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

İştirakçıların siyahısı

Videoqalereya
BakuBuild - BakuBuild sərgisi Xəzər İnşaat Həftəsini açacaq
Media мərkəz » Xəbərlər

BakuBuild sərgisi Xəzər İnşaat Həftəsini açacaq
29.08.2016

Xəbərlər

19-22 oktyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - 22-ci Azərbaycan Beynəlxalq İnşaat BakuBuild 2016 sərgisi öz işinə başlayacaq və Xəzər İnşaat Həftəsi-nə start verəcəkdir.

Müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri BakuBuild 2016 sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.

Bu il Bakubuild 2016 sərgisində dünyanın 23 ölkəsindən 400-dən artıq şirkət iştirak edəcək və sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin hər 3 pavilyonunu əhatə edir. İtaliya, Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin Türkiyə də bu tədbirdə nəhəng ekspozisiya ilə iştirak edəcəkdir. BakuBuild 2016 sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı və pəncərələr, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidləri təqdim olunacaq.

Builki sərgi həm yerli, həm də xarici şirkətlərin təklif etdikləri yeniliklərlə fərqlənir, belə ki, bu yeniliklər arasında Azərbaycanda ilk dəfə Vibrostone şirkəti tərəfindən təqdim olunacaq Color Mix (bir neçə boyanın qarışığı), maye rezin (Azbuild MMC şirkəti), elektrikli buxarı (Liniya ASC), elastik kirəmitlərin yeni seriyası (Technonicol şirkəti), abraziv materiallar (Klingspor) və bir sıra digər məhsullar yer alır.

BakuBuild 2016 sərgisinin sponsoru qismində Corella markası (NB Group şirkəti) və Akkord Cement şirkəti, informasiya tərəfdaşı qismində isə Dom i İnteryer (Ev və İnteryer) çıxış edir.

Beləliklə, BakuBuild 2016 sərgisində aktual xidmət və məhsulların geniş çeşidi, eləcə də tərəfdaşlarla ünsiyyət və bir sıra digər imkanlar təqdim olunacaq.



2020 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar