Azərbaycana giriş qaydaları

COVID-19 pandemiyası dövründə AZAL-ın xüsusi reysləri ilə Azərbaycana səyahət edən sərnişinlərin nəzərinə.

Həmin reyslərə aşağıdakı şəxslər buraxılır:

  • Azərbaycan vətəndaşları
  • Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
  • Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilən diplomatik səyahət sənədi.
  • Diplomatik pasportların sahibləri;
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Gərargah tərəfindən xüsusi icazə verilmiş sənəd əsasında səyahət edənlər;
  • Valideynlərdən biri, qardaşı, bacısı, həyat yoldaşı, övladı, babası, nənəsi və ya nəvələri Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları);
  • Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
  • Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər, həmçinin sözügedən sərnişinlərin ailə üzvləri (valideynləri, əri, arvadı və ya 18 yaşınadək uşaqlar).

ABŞ, Albaniya, Almaniya, Argentina, Avstraliya, Avstriya, BƏƏ, Bəhreyn, Belarus, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Braziliya, Bruney, Butan, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya, Çili, Çin, Danimarka, Dominik Respublikası, Ekvador, El Salvador, Estoniya, Filippin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, Honq-Konq (ÇXR), İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kamboca, Kanada, Kipr, Kolumbiya, Kosta Rika, Kuba, Küveyt, Laos, Latviya, Litva, Livan, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Maldiv adaları, Malta, Mavrikiy, Meksika, Mərakeş, Misir, Moldova, Monqolustan, Monteneqro, Myanma, Nepal, Norveç, Oman, Özbəkistan, Pakistan, Panama, Paraqvay, Peru, Polşa, Portuqaliya, Qazaxıstan, Qətər, Qvatemala, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri Lanka, Tacikistan, Tayland, Tunis, Türkiyə, Türkmənistan, Ukrayna, Uruqvay, Venesuela, Vyetnam, Xorvatiya, Yaponiya, Yeni Zelandiya və Yunanıstan vətəndaşları, habelə vətəşdaşlığı olmayan şəxslərin aşağıda müəyyən edilmiş şərtlərlə və Azərbaycan Respublikasının pasport və viza qaydalarına əsasən aviaşirkətin xüsusi reyslərinə buraxılır:

  • Yaşı 18-dən yuxarı olan sərnişinlərin COVID-pasportu (tam vaksinasiya olunması (yalnız “J&J/Janssen və Sputnik Light” vaksinlərinin bir dozası), COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədin) və ya COVID-19 peyvəndinə qarşı əks göstəriş sertifikatı təqdim olunmaqla. COVID-pasportu, immun sertifikatı və ya COVID-19 peyvəndinə qarşı əks göstəriş sertifikatı elektron yoxlama xüsusiyyətlərinə sahib olmalı və yalnız dövlət tərəfindən verilməlidir. Bu sənədlər hava limanında qeydiyyat masasında yoxlanılacaq.

Bakı (GYD) vasitəsilə səyahət edən tranzit sərnişin(lər) üçün onun son təyinat məntəqəsinə girişini tənzimləyən qaydalar/şərtlər tətbiq edilir. Sərnişinlər səyahət etdikləri ölkənin tələbləri barədə ən son məlumatları uçuşunuzdan əvvəl almaq üçün IATA Səyahət Mərkəzinə diqqət yetirməlidirlər. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR-testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir. Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR-testinin nəticələri barədə tam məlumat verəcəkdir.

COVID-19 üçün PCR-testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.

2022 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar