Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










Bütün video xəbərlər ...


BakuBuild 2015 Daily News

“Xəzər İnşaat Həftəsinin” uğurlu başlanğıcı

21 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi”nin başlanğıcını bildirən 21-ci Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild-2015”), 8-ci Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“AquaTherm Baku-2015”) və 8-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian-2015”) sərgilərinin açılış mərasimi oldu.

Bu üç irimiqyaslı sərgi layihələrinin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group Plc.” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” şirkətləri çıxış edirlər.

“Xəzər İnşaat Həftəsi”nin təntənəli açılış mərasimi müxtəlif ölkələrdən mühüm qonaqları bir araya topladı. Tədbirin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri c-b Campaolo Kutilo, İtalyanın Azərbaycandakı Ticarət Palatasının Baş direktoru c-b Luici D'Aprea, italyan pavilyonunun direktoru c-b Valerio Soldani, Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, İspaniyanın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə konsulu Aurora Tarruella və “ITE Group Plc” şirkətinin icraçı direktoru c-b Edvard Stroon iştirak edirdilər.

Çıxış edənlər sərginin ölkənin inşaat sənayesi və Azərbaycanın müasir infrastrukturunun formalaşmasındakı mühüm rolunu qeyd etməklə yanaşı, müxtəlif ölkələrdən olan sənaye işçiləri və biznesmenlər arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılmasının da mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

Sərgi öz çoxsaylı stendləri, ekspozisiyaların dizaynı və müxtəlifliyi ilə xoş təəssürat yaradır. Azərbaycan şirkətləri bütün sərgi iştirakçılarının yarısını təşkil edir. Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, Çexiya və Hindistan öz kollektiv milli ekspozisiyaları ilə çıxış edirlər. İtaliyanın stendi ən çox şirkəti - ölkənin müxtəlif bölgələrini təmsil edən 80 istehsalçıları və distribyutorları bir araya toplayıb. Çin, Rusiya, Ukrayna, Sinqapur, Türkiyə və Fransa istehsalçılarının nümayəndələri də zəngin ekspozisiya hazırlayıblar.

“BakuBuild-2015” sərgisinin məhsul və xidmətlərinin çeşidi bu ilin əsas təmayüllərini - orijinallığı və etibarlılığı nümayiş etdirməklə, tikinti materialları, texnika və interyerin bütün çeşidini əhatə edir. Ziyarətçilər keramika, dekorativ daş, mərmər, lak-boya məmulatları, qapı-pəncərə, dam və döşəmə, mebel, küçə üçün işıqlandırma sistemləri, parkların abadlaşdırılması üçün avadanlıqlar, metal və bürünc fiqurları, habelə aparıcı istehsalçı və distribyutorların ağır tikinti texnikalarını yüksək qiymətləndirdilər. İnşaat şüşəsi və şüşə məmulatların nümayişi isə sərginin bəzəyidir. Həmçinin, “Mebel” sektorunun da sahəsi xeyli artmışdır.

“BakuBuild” sərgisi inşaat sənayesinin cari durumunu əks etdirməklə yanaşı, həm də gələcəyin innovativ həll variantlarını, eləcə də yaxın gələcəyin tendensiya və qabaqcıl məhsullarını nümayiş etdirir. Yeni məhsullarının tam kataloqu www.bakubuild.az veb-saytında yerləşdirilmişdir. Yeni məhsul və xidmətlər təqdim edən şirkətlərin stendləri “yeni məhsul / yeni xidmət ” nişanı ilə işarələnmişdir.

“AquaTherm Baku 2015” sərgisində Azərbaycan, Belçika, Danimarka, Almaniya, İtaliya, Çin, Rusiya, Türkiyə, Xorvatiya, İsveçrə və Birləşmiş Ərəb Əmirliklərindən ümumilikdə 60 şirkət təqdim edilir. Sərgidə hovuz / iqlim avadanlıqları, havalandırma, istilik / kanalizasiya sistemləri, su filtrləri, plastik boru, birləşmələr, radiatorlar, qazanlar, su çənləri, günəş qızdırıcıları, soyutma üçün aqreqatlar, hava boruları, havalandırma kanalları, hava şlanqları, qaz filtrləri, qaz tənzimləyiciləri, istilik dəyişdiriciləri və bir sıra digər məhsullar geniş surətdə təqdim olunur.

Regionda yeganə ixtisaslaşdırılmış beynəlxalq təhlükəsizlik tədbiri - Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian-2015”) sərgisində Azərbaycan, Türkiyə, Rusiya, Böyük Britaniya, Belorus, Çin, BƏƏ, ABŞ, Ukrayna və digər ölkələrdən olan şirkətlərin məhsulları nümayiş olunur.

Ənənəvi olaraq, sərgini təqdimatlar, seminarlar və ustad dərslərinin daxil olduğu zəngin işgüzar proqram müşayiət edir. Bu il hazırkı “Xəzər İnşaat Həftəsi” çərçivəsində dünyanın müxtəlif şirkətlərinin təşkilatçılığı ilə 6 seminar keçiriləcək. Sənaye peşəkarları bir araya gələrək ağır texnikaların xərc və gəlirini, struktur betonun perspektivlərini, faydalı proqramlar üzrə həll variantlarını və bir sıra digər məsələləri müzakirə edəcəklər.

“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Bu il sərginin sponsorları “Corella” markası (“NB Group”) və “Akkord Cement” şirkətidir.

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  30/09/2016 01/10/2016
USD 1.6211 1.6211
EUR 1.8187 1.8187
GBP 2.1026 2.1026
RUR 0.0257 0.0257
HAVA



BakuBuild is Copyright © 2000-2016 Bütün hüquqlar qorunur. Hosted by VebTek